"Dünya 7 faiz dərəcəsinə hazır deyil"
Qlobal investisiya bankı və maliyyə xidmətləri şirkəti "JPMorgan Chase"in Baş direktoru Jamie Dimon "Times of India" qəzetinə müsahibə verib.
Marja.az-ın məlumatına görə, Dimon müsahibəsində xəbərdarlıq edib ki, əgər Federal Ehtiyat Sistemi (ABŞ Mərkəzi bankı, FED) inflyasiyanı "soyutmaq" üçün faiz dərəcələrini artırmağa davam etsə, bu, "ağrılı" olacaq.
Dimon qəzetə "Dünya 7 faiz dərəcəsinə hazır deyik" deyib.
O, bu sözləri Hindistanın Mumbay şəhərində keçirilən JPMorgan investor sammitində iştirak edərkən deyib.
Dimonun açıqlaması, Fed-in faiz dərəcələrini daha uzun müddət yüksək saxlaması ilə bağlı narahatlıqlardan qaynaqlanan "Wall Street"də davam edən əsəbiliyi daha da artırıb. Son ticarətdə Dow təxminən 300 bənd və ya 0,9% düşüb. Nasdaq 1,2% dəyər itirib.
Ötən ilin əvvəlindən etibarən FED faiz dərəcələrini sürətlə sıfıra yaxın səviyyədən 5%-dən bir qədər yuxarı qaldırıb.
Dimon, faiz artımının daha iki faiz bəndinin son iki ilə müqayisədə "daha ağrılı" olacağı barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, yüksək faiz dərəcələri sistemdə stressi artıracaq.
Keçən həftə Fed rəsmiləri gələn il uçot dərəcəsinin azaldılmasından əvvəl bu il daha bir dəfə faiz artımı olacağını proqnozlaşdırıblar.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
6 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
11 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 23 d. əvvəl
- 25 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























