Vüsal Qasımlı Polşada 32-ci İqtisadi Forumda çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Polşanın Karpaç şəhərində keçirilən 32-ci İqtisadi Forumda iştirak edib.
Marja xəbər verir ki. bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, “Köhnə qitənin yeni dəyərləri – Avropa dəyişikliklər astanasında” adlı forum çərçivəsində İİTKM tərəfindən “Avropanı Asiyaya bağlayan Orta Dəhliz” mövzusunda panel təşkil olunub.
Paneldə V.Qasımlı “Orta Dəhliz: Avropa, Qafqaz və Mərkəzi Asiya üçün potensial” mövzusunda təqdimatla çıxış edib. O, Orta Dəhlizin unikal coğrafi mövqeyi baxımından Avropa və Asiyanı birləşdirən həyati körpü rolunu oynadığını, Mərkəzi Asiyanın resursla zəngin regionlarını Avropanın sənaye mərkəzləri ilə əlaqələndirdiyini və bu nəqliyyat platformasından regiondakı bütün ölkələrin faydalanacaqlarını bildirib. Bu da öz növbəsində Orta Dəhlizi Cənubi Qafqaz vasitəsilə enerji tranziti, ticarət və iqtisadi əməkdaşlıq üçün əsas nöqtəyə çevirir. Azərbaycanın bu layihənin reallaşmasına xüsusi əhəmiyyət verdiyini deyən V.Qasımlı qeyd edilən marşrut üzrə Orta Dəhlizə səmərəli alternativin olmadığını vurğulayıb. O, bu konteksdə Zəngəzur dəhlizinin önəminə toxunub və bildirib ki, Xəzər və Aralıq dənizi hövzələrini, Cənub-Şərqi və Mərkəzi Asiyanı və Avropanı birləşdirən Zəngəzur dəhlizi Orta Dəhlizlə əlavə əlaqə yaratmaqla regionda hərtərəfli kommunikasiya şəbəkəsinin yaradılmasına əhəmiyyətli töhfə verəcək.
Paneldə həmçinin Hans Holzhaker (CAREC İnstitutunun baş iqtisadçısı), Damjan Krnjevik Miskovik (ADA Universiteti, Siyasi Araşdırmalar üzrə direktor), Yucin Seah (Bakı Limanının baş əməliyyat inzibatçısı), Lazlo Vasa (Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun baş məsləhətçisi) və Mehmet Tosun (ABŞ-ın Nevada Universitetinin professoru) məruzələrlə çıxış ediblər.
Həmçinin Forum çərçivəsində biznes, investisiya, yeni iqtisadiyyat, davamlı inkişaf, enerji, innovasiyalar, səhiyyə, idarəetmə, kibertəhlükəsizlik və beynəlxalq əlaqələr istiqamətləri üzrə 350-dən artıq müzakirə təşkil olunub, həmçinin Ukraynadakı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Beynəlxalq tədbirə Amerika, Avropa və Asiyanın 60-dan artıq ölkəsindən ümumilikdə 5000 nəfərdən çox qonaq, o cümlədən dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbər şəxsləri, iri şirkətlərin rəhbərləri, tanınmış iqtisadçılar, siyasətçilər, elm adamları, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri qatılıblar.
Qeyd edək ki, İqtisadi Forum miqyasına görə Mərkəzi və Şərqi Avropanın ən böyük və mühüm konfransıdır. Artıq 30 ildir Forum dünyanın 60-dan çox ölkəsindən minlərlə şəxsi bir araya gətirir, dünyanın siyasət və iqtisadiyyat sahələrinin ən mühüm simalarının fikir mübadiləsi apara biləcəyi platforma rolunu oynayır.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 1 saat sonra
-
3 d. əvvəl
Bank of Baku qan donorluğunun əhəmiyyətini vurğulayıb – qanvermə aksiyası keçirib
- 16 d. əvvəl
-
24 d. əvvəl
Mərkəzi Bank 3 şirkətin (elektron pul təşkilatı) lisenziyalarını ləğv etdi
- 46 d. əvvəl
-
54 d. əvvəl
Honda-da tarixi sarsıntı: 69 ildən sonra ilk dəfə illik zərər açıqlayıb
-
1 saat əvvəl
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
- 1 saat əvvəl
-
2 saat əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mayın 15-də gözlənilən hava şəraiti
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Ən çox oxunanlar
Faktorinq şirkəti 14%-lə borca pul axtarır
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Azərbaycan neftinin son qiyməti
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!














.jpg)





