Nazirlər görüşüb, konkret addımların atılması ilə bağlı razılığa gəlinib
Azərbaycan və Özbəkistanın kənd təsərrüfatı nazirləri arasında görüş keçirilibAzərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Özbəkistanda rəsmi səfərdədir. Səfər çərçivəsində nazir Məcnun Məmmədov və Özbəkistanın kənd təsərrüfatı naziri Əziz Voitov arasında ikitərəfli görüş keçirilib.
Marja Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Özbəkistan arasında hazırlanan Kənd Təsərrüfatı sahəsində Əməkdaşlıq üzrə Yol Xəritəsinin icrası ətraflı müzakirə olunub. Tərəflər əsas əməkdaşlıq istiqamətlərinin Yol Xəritəsi üzrə müəyyənləşdirilməsinin təqdirəlayiq olduğunu vurğulayıblar.
Görüşdə Azərbaycanla Özbəkistan arasında kənd təsərrüfatının ipəkçilik, fındıqçılıq, şərabçılıq, kənd təsərrüfatı maşınqayırması və digər sahələrdə ən qısa zamanda konkret addımların atılması ilə bağlı razılığa gəlinib.
Eyni zamanda, görüşdə sentyabrın 26-da Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirləri 2-ci Toplantısı və “Aqrobiznes forumu” tədbiri ilə bağlı məsələlər də müzakirə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 4 d. əvvəl
-
- 6 d. əvvəl
- 15 d. əvvəl
-
29 d. əvvəl
“Bank Respublika”dan Beynəlxalq Təhlükəsiz İnternet Günündə müştərilərə tövsiyələr
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Rusiya “Telegram”ı bloklamağa başlayıb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Ən çox oxunanlar
Fevralın 11-də gözlənilən hava şəraiti































