"Biz böyük boylu və xüsusi yüklərin daşınması sahəsində peşəkar ekspertik"
İşğaldan azad olunmuş ərazilərin bərpası, ölkəmizdə yeni sənaye və xidmət sahələrinin yaradılması, ixracın artması yükdaşıma xidmətlərinə də təlabatın artmasına səbəb olur.
Azərbaycanda avtomobil nəqliyyatı vasitəsi ilə yüklərin daşınması üzrə ixtisaslaşmış və böyük təcrübəyə malik şirkətlərdən biri də "KUR Transportation" MMC-dir.
Şirkətin Baş direktoru Əhməd Nəsirov Marja.az-a açıqlamasında bildirdi ki, 2011-ci ildə təsis olnmuş "KUR Transportation" müştərilərinə göstərdiyiyi xidmətlərin səviyyəsini, məsuliyyətini artıraraq, bütün tələb və ehtiyaclarını ödəyərək böyük nüfuz qazanıb.
Əhməd Nəsirov qeyd etdi ki, hazırda 50-yə yaxın nəqliyyat vasitəsi və texnikaya malik olan "KUR Transportation" şirkəti istənilən yükün daşınmasını həyata keçirməyə hazırdır. Həmçinin şirkət anbarlarda və digər ərazilərdə yüklərin yerləşdirilməsi, avtomobilə yüklənməsi və boşaldılması xidmətlərini də göstərir.
"KUR Transportation" şirkəti müxtəlif növ təhlükəli yüklərin daşımasını xüsusi icazə və lisenziyaya malik olan nəqliyyat vasitələri ilə yerinə yetirir.
Bunlardan başqa, "KUR Transportation" şirkəti yükün ölçülərindən asılı olmayaraq müxtəlif kran xidmətləri göstərir, yol tikinti və digər qazıntı işləri görülən zaman lazım ola biləcək bütün yol-tikinti texnikaıarını təklif edir.
Əhməd Nəsirov bildirdi ki, "KUR Transportation" böyükboylu və xüsusi yüklərin daşınması sahəsində peşəkar bir ekspertdir:
"Ölçüləri kənara çıxan yüklərin daşınması üçün bizim əla imkanlarımız vvar. Bizim avtoparkımız, uzun, enli və hündür yüklər nəql edə bilən 15 xüsusi qoşqulu yük avtomobillərindən ibarətdir. Balansımızda olan yarımqoşquların, iri-qoşquların və alçaq bortlu qoşqularımızdan səmərəli istifadə edərək, yükləri daha münasib qiymətlər ilə daşınmasını təşkil edirik. Bizim güclü bir xüsusiyyətlərimizdən biri də odur ki, böyükboylu yük həcmlərin iri-qabaritli nəqliyyatla birləşməsi imkanlarımız var".
Əhməd Nəsirov əlavə etdi ki, "KUR Transportation" şirkətinin yüksək ixtisaslı ekspeditor komandası Qərbi Avropa, Şərqi Avropa və Mərkəzi Asiyada malların sürətli və təhlükəsiz çatdırılmasını təmin etmək bacarıqları var: "İstənilən yük əməliyyatını həyata keçirə bilirik. Bunun üçün həm təcrübəyə, həm də nəqliyyat vasitələrinə sahibik. Lazım olarsa başqa daşıyıcılara aid olan əlavə yük nəqliyyat vasitələrdən istifadə etmək imkanımız da var."
Əhməd Nəsirov vurğuladı ki, ötən 12 il ərzində qazandığı etibarını qoruyub saxlamaq "KUR Transportation" üçün çox önəmlidir: "Yüksək imicimizi qoruyub saxlamaq üçün sifarişlərin çatdırılmasında gecikmələrə yol verilmir".
Əlaqə:
Telefon: 012 409 61 71
050 212 61 71
050 299 61 71
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
57 d. əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
-
- 59 d. əvvəl
-
1 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Türkiyədə işsizlərin sayı 58 min nəfər azalaraq 2 milyon 913 min nəfərə düşüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
Azərbaycan istehsalçılarının xaricə pomidor satışından gəliri azalıb




















