ABŞ dolları avro və yen qarşısında bir qədər zəifləyib
Avro və yen kimi digər əsas dünya valyutaları qarşısında dolların dəyəri bazar ertəsi səhər bir qədər düşüb.
Marja.az xəbər verir ki Bakı vaxtı ilə saat 9.30-a olan məlumata görə, avronun dollara nisbətdə məzənnəsi əvvəlki bağlanış səviyyəsi olan 1.0773 dollardan 1.0788 dollara yüksəlib. Dolların yen qarşısında məzənnəsi isə 146.23 yendən 146.17 yenə düşüb. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0,04% azalaraq 104,19 bənd təşkil edib.
Bazar ertəsi ABŞ-da ticarət bayramla əlaqədar bağlı olacaq, ona görə də ticarətin həcmi bir qədər azalıb. Avropada da bazar ertəsi mühüm makroiqtisadi statistikaların açıqlaması gözlənilmir.
Eyni zamanda, bu həftə ABŞ və Avropa ilə bağlı bir sıra mühüm məlumatların dərci planlaşdırılır. Çərşənbə günü, sentyabrın 6-da "Bej Kitab"ın dərci gözlənilir (ABŞ Federal Ehtiyat Sisteminin (FRS) ölkədəki iqtisadi vəziyyətə dair aylıq şərhləri). Bundan əlavə, ikinci rüb üzrə avrozonanın ÜDM-in üçüncü, yekun qiymətləndirməsi cümə axşamı, Almaniyada avqust ayı üçün inflyasiyanın yekun qiymətləndirməsi isə cümə günü açıqlanacaq.
Daha sonra, bazar ertəsi Avropada ticarətin açılışından sonra, Avrozonada iqtisadi gözləntilərə dair Sentix tədqiqat qrupunun məlumatları dərc olunacaq ki, bu da avronun dəyərinə təsir göstərə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)









