Dövlət Binəqədidə aşağı gəlirli təbəqələr üçün binalar tikəcək - 54 MİLYONLUQ MÜQAVİLƏLƏR İMZALANIB
Dövlətə məxsus Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyində olan “MİDA” MMC Bakı şəhəri, Binəqədi rayonunda əhalinin imtiyazlı təbəqələri üçün 15 çoxmənzilli yaşayış binasının, 80 yerlik uşaq bağçasının tikintisi ilə bağlı 3 müqavilə imzalayıb.
Marja.az xəbər verir ki, müqavilələrin cəmi məbləği 54 milyon 65 min manatdır.
Yaşayış kompleksi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində tikiləcək.
"MİDA" MMC 14, 15, 16 nömrəli çoxmənzilli yaşayış binalarının və 80 yerlik uşaq bağçasının tikintisi üzüçün "Amal Group" MMC ilə 12 milyon 299 min manatlıq, 23, 24, 25, 26, 27 və 28 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün Hünər İnşaat Firması ilə 20 milyon 932 min manatlıq, 17, 18, 19, 20, 21 və 22 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi üşün yenə "Amal Group" MMC ilə 20 milyon 834 min manatlıq müqavilələr imzlayıb.
MİDA mənzilləri güzəştli satır. "Güzəştli mənzil" dedikdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan və vətəndaşların güzəştlə əldə edə biləcəyi mənzillər nəzərdə tutulur.
Belə mənzili əldə etdikdə vətəndaş iki əsas güzəştdən yararlana bilər:
1) Güzəştli mənzilin satış qiyməti yerləşdiyi ərazidəki digər analoji mənzillərin bazar qiymətindən aşağıdır.
2) Vətəndaş mənzili Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun, müddəti 30 ilədək (4%-lik) olan güzəştli ipoteka krediti hesabına əldə etmək imkanına malikdir.
Eyni zamanda, mənzil vətəndaşa tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təklif edilir.
Güzəştli mənzili kim əldə edə bilər?
Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərin kateqoriyaları “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası” ilə müəyyən edilmişdir. Həmin kateqoriyalar ilə BU KEÇİD vasitəsilə tanış olmaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 7 saat sonra
-
-
7 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 13 saat əvvəl
-
14 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!


























