Bakının zeytun ağaclarında naməlum xəstəlik aşkarlanıb - QURUMA VƏ SARALMA
Xüsusi olaraq İsraildən bitkiçilik üzrə mütəxəssis dəvət edilib.
Paytaxt Bakı şəhərində uzun illərdir ki, çox sayda zeytun ağacları əkilib və bu həmişəyaşıl ağaclar şəhərimizə xüsusi gözəllik verir. Lakin bir müddətdir ki, şəhərin müxtəlif ərazilərindəki zeytun ağaclarında naməlum xəstəlik aşkarlanıb, bu da bəzi ağaclarda quruma və saralmalara gətirir.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən bildirilib ki, dövlət qurumlarını, ictimaiyyəti və paytaxt sakinlərini narahat edən bu məsələ ilə əlaqədar BŞİH tərəfindən müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir, qurumun tapşırığına uyğun olaraq şəhərin bütün ərazisində zeytun ağaclarının vəziyyətinin araşdrılması aparılır.
Xüsusi olaraq İsraildən dəvət edilən bitkiçilik üzrə mütəxəssis, aqronom Qabriel Eliazz hazırda Bakıdadır və yerli mütəxəssislərlə birlikdə paytaxtın müxtəlif ərazilərində mövcud zeytun ağaclarının vəziyyəti araşdırılır, xəstə ağacların müalicəsi ilə bağlı tədbirlərə başlanılıb.
Qabriel Eliazzisin bildirdiyinə görə əsas etibarilə qlobal iqlim dəyişiklikləri səbəbindən baş verən bu hal demək olar ki, bütün dünyanı bürüyüb. Dünyanın aparıcı zeytun istehsalçılarından olan İtaliya, İspaniya, Yunanıstan, qardaş Türkiyədə xeyli zeytun ağacı xəstəlik səbəbindən məhv olub. O bildirib ki, Bakı meriyası tərəfindən görülən qabaqlayıcı işlər bu xəstəliyin geniş yayılmasının qarşısını alıb. Zeytun ağaclarında müşahidə edilən xəstəliklərin aradan qaldırılması məqsədilə müxtəlif müalicə üsulları tətbiq olunur, ağaclara gübrə verilir, onlar xüsusi kimyəvi tərkibli dərmanlar olan ampulalarla inyeksiya edilir və quruyan budaqları budanır. Yoluxan ağacların budaqlarının və quruyan yarpaqların budanması digər ağaclara yayılmasının qarşısının alınması məqsədilə edilir.
Həmçinin bildirilib ki, əvvəlki vaxtlarda cavanlaşdırma məqsədilə budanan ağaclara xəstəlik demək olar, təsir etməyib və mövsüm zamanı zeytun ağaclarında cavanlaşdırıcı budama işlərinin aparılması vacib şərtlərdəndir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
Göygölün avtomobil yolunun əsaslı təmiri üçün pul ayrıldı - SƏRƏNCAM
- 2 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 16 saat əvvəl
-
16 saat əvvəl
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
-
16 saat əvvəl
“PAŞA Holding” Bakıda keçirilən dünya finalının "Platin" sponsoru olub - FOTOLAR
- 17 saat əvvəl
-
17 saat əvvəl
Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
- 17 saat əvvəl
-
17 saat əvvəl
ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
Son Xəbərlər

OpenAI, LinkedIn-ə rəqib olacaq platforma yaradır

Neft ucuzlaşmaqda davam edir


Qlobal Qida Qiymətləri İndeksi Avqust ayında sabit qalıb

Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq

ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı

Avrozonada iqtisadi artım zəifləyib

"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
