Azərbaycan - Özbəkistan enerji əməkdaşlığı üzrə Yol Xəritəsi imzaladı
Azərbaycan və Özbəkistan arasında enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi məqsədilə energetika naziri Pərviz Şahbazov və ölkəmizdə səfərdə olan Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
Görüşdə dövlət başçılarının ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişafını və bütün sahələrdə möhkəmləndirilməsini əks etdirən strateji kursundan bəhs edilib, bu siyasətin enerji əməkdaşlığının inkişafında yeni səhifə açdığı bildirilib. Son dövrlərdə energetika sahəsində əməkdaşlıqla bağlı əldə edilmiş razılaşmaların icrası, bu çərçivədə İşçi qrupunun bu yaxınlarda Daşkənd şəhərində keçirilən iclası, hər iki ölkənin müvafiq nazirlikləri, eləcə də neft-qaz və elektrik enerjisi sahəsində fəaliyyət göstərən strukturları arasında müxtəlif layihələrlə əlaqədar aparılan müzakirələr müsbət məqamlar kimi qeyd edilib.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan-Özbəkistan çoxistiqamətli enerji əməkdaşlığı üçün geniş imkanlar və hər iki ölkə Liderləri tərəfindən bu potensialın reallaşmasını dəstəkləyən güclü siyasi iradə mövcuddur: “İnanırıq ki, birgə səmərəli fəaliyyətimiz yaxın iki il ərzində çoxsaylı enerji layihələrinin həyata keçirilməsi ilə nəticələnəcək”.
Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov da ölkələrimizin enerji sahəsində əməkdaşlığının yeni mərhələyə yüksəldiyini, bu xüsusda SOCAR və “Özbəkneftegaz” ASC-nin birgə fəaliyyətinin, həmçinin elektrik enerjisi, xüsusilə “yaşıl enerji” ilə bağlı perspektiv işbirliyinin enerji tərəfdaşlığının güclənməsinə töhfə verəcəyini vurğulayıb.
Görüş çərçivəsində “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Özbəkistan Respublikasının Energetika Nazirliyi arasında 2023-2025-ci illər üçün enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi” imzalanıb.
14 istiqaməti əhatə edən Yol Xəritəsi hər iki ölkədə karbohidrogen resurslarının geoloji kəşfiyyatı və hasilatı, birgə müəssisələrin yaradılmasına dair əməkdaşlığı nəzərdə tutur.
Sənədə əsasən, Azərbaycan və Özbəkistan bərpa olunan enerji, enerji sektorunda islahatlar, enerji resurslarından səmərəli istifadə, enerji keçidi, dekarbonizasiya, hidrogen istehsalı ilə bağlı informasiya və təcrübə mübadiləsi üzrə də əməkdaşlıq edəcəklər. Həmçinin 2023-cü ilin 26 iyul tarixində “Özbəkistan Milli Elektrik Şəbəkəsi” SC ilə “Azərenerji” ASC arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq hər iki ölkənin sistem operatorları arasında əməkdaşlığın davam etdirilməsi də əsas fəaliyyət istiqamətlərindən biri kimi Yol Xəritəsində əks olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 12 d. əvvəl
-
-
1 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
1 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 1 saat əvvəl
-
1 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
15 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Ən çox oxunanlar
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"

























