Avtomobillə sərnişin daşıma və yük daşımalarına icazə üçün yeni qayda müəyyənləşb
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları lisenziyalaşdırılmayacaq, icazə əsasında təşkil olunacaq.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabət və inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar bu qanunun və “Lisenziyalar və icazələr haqqında" qanunun tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) aşağıdakı icazələri almalıdırlar:
- Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi;
- olkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi;
- taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi;
- taksi sifarişi operatoru fəaliyyətinə icazə;
- avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə.
Nəzərdə tutulan fəaliyyətlərin icazə olmadan və ya digər şəxslərə məxsus icazə əsasında yerinə yetirilməsi qadağandır.
Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri müntəzəm sərnişin daşımalarına, olkədaxili sifarişli daşımalara və taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqələri, o cümlədən taksi sifarişi operatoru fəaliyyətinə icazə 7 il müddətinə veriləcək. Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqaviləyə gəlincə, şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) marşruta dair 5 ilədək, lakin 3 ildən az olmayan müddətə, beynəlxalq marşruta dair isə 3 ilədək, lakin 1 ildən az olmayan müddətə müvafiq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə bağlanacaq.
Qeyd edilən icazələrin və buraxılış kartlarının verilməsinə görə "Dövlət rüsumu haqqında" qanuna uyğun olaraq dövlət rüsumu tutulacaq.
Qeyd edək ki, indiyə qədər qüvvədə olan qanuna əsasən, Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə bu fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslərin və fərdi sahibkarların fəaliyyəti lisenziyalaşdırılır. Bu Qanunla müəyyən edilmiş hallar istisna edilməklə, xüsusi razılıq (lisenziya) olmadan və ya digər şəxslərə məxsus xüsusi razılıq (lisenziya) əsasında sərnişin və yük daşımalarının yerinə yetirilməsinə yol verilmir. Xüsusi razılıq (lisenziya) avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının aşağıdakı növlərinin yerinə yetirilməsi üçün verilir:
- şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımalarına;
- şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarına;
- beynəlxalq müntəzəm sərnişin daşımalarına;
- taksi minik avtomobilləri ilə sərnişin daşımalarına;
- ölkədaxili yük daşımalarına;
- beynəlxalq yük daşımalarına.
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması sahəsində fəaliyyət üçün hər bir daşıma növü üzrə ayrıca xüsusi razılıq (lisenziya) tələb olunur. Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşınmasına verilmiş xüsusi razılıq (lisenziya) əsasında yük daşıyıcısı ölkədaxili yük daşımalarını yerinə yetirmək hüququna malikdir. Hüquqi şəxslər və ya fərdi sahibkarlar tərəfindən sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə təsərrüfat ehtiyacları üçün öz işçilərinin və ya yüklərinin daşınmasına xüsusi razılıq (lisenziya) tələb olunmur. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasına xüsusi razılıq (lisenziya) qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən 5 il müddətinə verilir.
Qanun 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
6 d. əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
-
-
12 d. əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır
- 19 d. əvvəl
-
26 d. əvvəl
"FERRUM Kapital” 51 investordan illik 14 faizlə 4 milyon manat borc aldı
-
1 saat əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Ən çox oxunanlar
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir


























