Çinin əmlak nəhəngi iflas elan etdi
China Evergrande ABŞ-ın iflas məhkəməsinə kreditorlardan müdafiə üçün müraciət edib.İki il əvvəl defoltu ölkədə daha geniş daşınmaz əmlak borcu böhranına səbəb olan daşınmaz əmlak nəhəngi "China Evergrande Group", cümə axşamı Nyu Yorkdakı iflas məhkəməsinə kreditorlardan müdafiə üçün müraciət edib.
Marja.az xəbər verir ki, Şirkət ABŞ-ın iflas qanununun 15-ci bəndinə əsasən müdafiə istəyib. Bu maddə,restrukturizasiya prosesindən keçən qeyri-ABŞ şirkətlərini onları məhkəməyə vermək və ya ABŞ-dakı aktivlərini dondurmaq istəyən kreditorlardan qoruyur.
Beynəlxalq borcun restrukturizasiyası müqavilələri bəzən əməliyyatın yekunlaşdırılması zamanı 15-ci bəndin tamamlanmasını tələb edir. Keçən il Pekində yerləşən "Modern Land China Co." 250 milyon dollarlıq istiqrazı qaytara bilməyəcəyini və ofşor borcun restrukturizasiyası ilə bağlı sövdələşməyə davam edəcəyini bildirərək 15-ci fənd ilə iflas elan etmişdi.
"China Evergrande"ın taleyi Çinin 60 trilyon dollarlıq maliyyə sistemi üçün geniş təsirlərə malikdir və ölkənin indiyə qədər həyata keçirilən ən böyük restrukturizasiyalarından biri olacaq. Onun öhdəliklərinin 300 milyard dollardan çox olması prosesin uzun müddət davam edəcəyi deməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
6 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq

























