3 şirkətin 25 milyon investisiyası ilə yeni zavodun TƏMƏLİ QOYULDU
Ölkəmizdə pivə istehsalında dəyər zəncirinin yaradılması üçün yeni müəssisə yaradılır.Azərbaycanda pivə istehsalında dəyər zəncirinin yaradılması üçün avqustun 8-də İmişlidə yeni müəssisənin - pivəlik arpa emalı zavodunun təməli qoyulub.
Marja xəbər verir ki, “Azərsun Holdinq”ə məxsus İmişli Şəkər Zavodunun ərazisində inşa olunacaq müəssisə “Azərşəkər” MMC, “Azərsun Kənd Təsərrüfatı Malları” MMC və Azərbaycan İnvestisiya Şirkətinin birgə investisiyası ilə reallaşdırılacaq.
İldə ilkin olaraq 11 min ton, sonrakı mərhələdə 17 min ton pivəlik arpa (malt) emal edəcək zavod Azərbaycanda ən böyük pivə istehsalçısı olan “Carlsberg Azerbaijan” pivəbişirmə zavodunun, həmçinin ölkəmizdə fəaliyyət göstərən istehsalçıların xammala olan ehtiyacını tam ödəyəcək. İnvestisiya dəyəri 25 milyon manat olacaq müəssisədə 50 nəfər daimi işlə təmin ediləcək. Zavodun fəaliyyətə başlaması ilə bu məhsul üzrə idxalın qarşısı alınacaq və 10 milyon dollardan çox vəsait ölkəmizdə qalacaq. Zavodda 510 tondan artıq yem əlavəsi əldə olunacaq. Layihə çərçivəsində zavodun xammalının saxlanılması üçün 12 min ton tutumu olan silo kompleksi inşa ediləcək, həmçinin “Azərşəkər” MMC tərəfindən Ağcabədi, İmişli və Füzuli rayonlarının ərazisində 8000 ha ərazidə arpa, şəkər çuğunduru və ərzaqlıq buğda üzrə əkin işləri həyata keçiriləcək.
Təməlqoyma ilə əlaqədar keçirilən tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ölkədə rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılmasına, onun xammal bazasının yaxşılaşdırılmasına, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyinin artırılması tədbirlərindən danışıb.
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılmasının fermerlərimizin fəaliyyətini dəstəkləyən bir addım kimi qiymətləndirib.
“Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Anar Mehdiyev ölkədə sahibkarlar üçün yaradılan əlverşli investisiya mühitinin əhəmiyyətinə toxunub, İsveçrə texonologiyası ilə inşa olunacaq zavodun Cənubi Qafqaz regionunda ilk belə müəssissə olduğunu vurğulayıb.
“Azərsun Holdinq”in Kənd Təsərrüfatı və emal müəssisələri üzrə baş direktoru Məhəmməd Gözəl qeyd edib ki, yerli emal sənayesin son məhsullarının xammal bazasını Azərbaycanda yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan “Azərsun Holding” şəkər, yem məhsulları, süd emalı sənayesinin məhsullarını və ən əsası konservləşririlmiş meyvə tərəvəz məhsullarını istehsal edərkən məhz bu ideyanı əsas tutur. Sadalanan bu məhsulların istehsalı yerli xammala əsaslanan emal sənayesi hesabına ərsəyə gəlir.
“Carlsberg Azerbaijan” şirkətinin baş direktoru Alius Antulis vurğulayıb ki, arpa emalı zavodunun inşası pivə istehsalında istifadə olunan xammalın lokallaşdırılmasında əhəmiyyətli addımdır. Şirkətin uzunmüddətli strategiyası pivə istehsalında tamamilə yerli xammaldan istifadə etməkdir.
Qeyd edək ki, 2019-cu ildən “Azərşəkər” MMC “Carlsberg Azərbaycan” şirkəti ilə birgə pivəlik arpanın yerli şəraitdə becərilməsini icra etməkdədir. Bunun üçün “Azərşəkər” və Avropanın pivəlik arpa toxumunun istehsalı üzrə ən qabaqcıl şirkətlərindən olan SECOBRA Recherches şirkəti ilə əməkdaşlıq edir. Şirkətin nəzdində olan AgroLab kənd təsərrüfatı laboratoriyasının köməyi ilə pivəlik arpa toxumunun istehsalı təşkil edilmişdir. Hazırda pivəlik arpa “Azərşəkər”in Şəmkir, Yevlax və Ağcabədi rayonlarında yerləşən təsərrüfatlarında yetişdirilir. Bütün bu tədbirlərin nəticəsi olaraq artıq 3 ildir ki, ölkəmizə pivə istehsalı üçün xam arpa idxal edilmir. Pivəlik xam arpanın yerli istehsalı ixrac imkanları yaratmışdır. Belə ki, bu məhsulun Carlsberg şirkətinin Qazaxıstan və Rusiyada yerləşən zavodlarının ehtiyacı üçün ixracı planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
3 d. əvvəl
Qadın sahibkarlar üçü “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
-
7 d. əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
24 d. əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
2 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
Ən çox oxunanlar
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
Finlandiya şirkəti Avropada ilk kvant hesablama şirkətlərindən biri kimi birjaya çıxmağı planlaşdırır























