"Pambıq yanıb gedir"
Su varsa, pambıq da olacaq, yoxsa...!["Pambıq yanıb gedir"](/storage/thumbnail/cover/cdn/2023/iyul/26/pambiq.jpg)
Kəndlilər böyük zəhmət, xərc bahasına becərdikləri taxıl, pambıq, yonca və digər mövsümi kənd təsərrüfatı bitkilərini suvara bilmirlər. Hazırda pambıq əkinlərinin becərilməsinin qızğın dövrüdür. Pambıqçılıqda isə əkin suyunun vaxtında və normada verilməsi məhsuldarlığa təsir edən mühüm şərtdir. Ümumiyyətlə, pambıq bitkisini susuz təsəvvür etmək qeyri-mümkündür. Bu haqda belə bir məşhur deyim də var: "Pambığın ayağı suda, başı günəşdə olmalıdır". Bəli, hazırda Muğan bölgəsində su qıtlığı yaşanır. Bu günlərdə Salyan, Neftçala, Biləsuvar rayonlarının fermerləri ilə görüşüb söhbət edərkən su çatışmazlığı ilə bağlı onların giley-güzarını eşitdik.
Neftçala rayonunun Qaçaqkənd kənd sakini fermer Ağadadaş Mənəfov dedi:
- Uzun müddətdir ki, təsərrüfat işləri ilə məşğulam. Kənddə böyüyüb boya-başa çatdığım üçün hələ yeniyetməlik çağlarımdan yay tətillərində pambığın becərilməsində iştirak etmişəm. Məktəbdə oxuduğumuz zaman kəndimizdəki "Kommunizm" kolxozunda pambıq sahələrini alaq otlardan təmizləyərdik. Yığım dövründə də öz köməyimizi əsirgəməzdik. Qazandığımız pulla özümüzə pal-paltar, dərs ləvazimatları alardıq, valideynlərimizə maddi baxımdan dəstək olardıq. Məktəb illərində ürəyimdə belə bir arzu yarandı ki, mən də gələcəkdə kənd təsərrüfatı işçisi olum. Atalar "Niyyətin hara, mənzilin də ora", - deyiblər. Orta məktəbi bitirib sənədlərimi Gəncə Kənd Təsərrüfatı Akademiyasına verdim. İmtahanlardan müvəffəq qiymətlər əldə edərək tələbə adını qazandım. Beş il bu təhsil ocağında ali təhsil aldım. Oranı bitirib kəndimizdəki təsərrüfatda əmək fəaliyyətinə başladım. 1991-ci ildə sovet hakimiyyətinin süquta uğraması nəticəsində kolxoz və sovxozlar dağıldı. 1996-cı ildə torpaq islahatı aparıldı. Kəndin hər bir sakini torpaq üzərində mülkiyyət hüququna yiyələndi. Mən də o vaxtdan ailə üzvlərimizin payına düşən torpağı əkib-becərməyə başladım. Əvvəllər texnika, mineral gübrələr sarıdan müəyyən çətinliklərlə qarşılaşırdım. Ölkəmizin iqtisadi gücü artdıqca biz fermerlərə də diqqət və qayğı artdı. Torpağı əkib-becərmək üçün kəndliyə subsidiya, güzəştli qaydada gübrələr və digər vasitələr verilir. "Aqroservis"lər, hər rayonda Dövlət Aqrar İnkişaf mərkəzləri və s. yarandı. Bunların hesabına kənd təsərrüfatı məhsulları da ilbəil artırıldı. Məhsulu bol olan fermerin də alnı açıq, başı uca olur. O, öz ailəsini geninə-boluna dolandırmaqla yanaşı, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında da yaxından iştirak edir. Belələrindən biri də mənəm. Şükürlər olsun, uşaqlarımı yerbəyer etmişəm, evim-eşiyim, mal-qaram. Kəndli fermer üçün bunlardan daha önəmli nə ola bilər? Amma bir məsələni də qeyd etməyi özümə borc bilirəm. Son 2-3 ildən bəri suvarma suyu sarıdan çox korluq çəkirik. Sahələri vaxtında suvara bilmədiyimizdən məhsuldarlıq aşağı düşüb. Bu il 5,6 hektarda pambıq əkmişəm. Çalışmışam ki, bütün aqroexniki tədbirləri vaxtında görüm. Müqavilə bağladığım "MKT-İK" MMC-nin Neftçala filialının rəhbərliyi, mütəxəssislər texnika, gübrə, pul vəsaiti ilə bizi yüksək səviyyədə təmin edirlər. İndiyə kimi dörd dəfə kompleks becərmə aparmışam. Hər hektara 400 kiloqram karbamid gübrəsi vermişəm. Sahəni alaq otlarından təmizləmişəm ki, pambıq kolları yaxşı inkişaf etsin. Di gəl ki su sarıdan çətinliyimiz böyükdür. Pambığı vaxtında suvara bilmədiyimizdən kollar gülü, darağı, hətta kiçik qozaları buraxır. Bu da nəticədə məhsuldarlığa zərbədir. Bu zərbənin də sədəməsi bizə dəyir. Su ilə məşğul olan idarələr də çıxılmaz vəziyyətdədir. Deyirlər, özünüz görürsünüz, Kür çayında su azalıb. Belə olan halda sizə necə su verə bilərik? Ancaq biz eşitmişik ki, Mingəçevirdən su buraxıblar. Soruşuruq ki, su nə vaxt gəlib bizə də çatacaq? Cavab alırıq ki, onu dəqiqi demək mümkün deyil. Pambıq isə yanıb gedir. Pambıq sahələri qayğı tələb edir. Nəzərini çəksən, lazımi diqqət göstərməsən, ondan məhsul gözləməyə dəyməz.
Biləsuvar rayonundan Şakir Soltanov, Salyandan Ələsgər Eyvazov və onlarla digər fermerlər də su qıtlığı ucbatından yaranan çətinliklərdən danışdılar.
© "Azərbaycan", Seyran CAVADOV
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 saat əvvəl
Bakıda 1 nəfərə görə aylıq 1 manat, regionlarda 0,70 manat oldu
-
6 saat əvvəl
Hava nəqliyyatı ilə ölkədaxili yük və sərnişindaşıma xidmətlərinin tarifləri tənzimlənib
-
6 saat əvvəl
Naxçıvana biletlərin qiyməti dəyişməyib, Füzuliyə müntəzəm reyslər açılır
-
-
8 saat əvvəl
Şəhərdaxili avtobus marşrutları və metroda gedişhaqqı 50 qəpik olub
- 9 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Sabah Bakıya yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda leysan olacaq
-
1 gün əvvəl
“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı”nın səhmdarlarının sayı azalıb
-
1 gün əvvəl
Azercell-in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub
![Cubics Rəqəmsal Həlləri ilə səmərəli yay tətili](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/29/1561b7d8-08ad-475a-9e73-c47aca34a829.jpeg)
Cubics Rəqəmsal Həlləri ilə səmərəli yay tətili
![AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur](/storage/thumbnail/thumbnail/cdn/2024/may/03/Azerbaycanda_vakansiyalar.png)
AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur
![Milli Marketinq Forumunun ikinci günü uğurla yekunlaşdı!](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/29/milli-marketinq-forumu.jpg)
Milli Marketinq Forumunun ikinci günü uğurla yekunlaşdı!
Ən çox oxunanlar
![“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı”nın səhmdarlarının sayı azalıb](/storage/thumbnail/thumbnail/cdn/2022/Yanvar/22/hovsan-liman.jpg)
“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı”nın səhmdarlarının sayı azalıb
![Avrora Qrup 02 iyul 2024 tarixində "Açıq qapı" günü elan edir!](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/29/photo-output.jpeg)
Avrora Qrup 02 iyul 2024 tarixində "Açıq qapı" günü elan edir!
![Azərbaycan 16 sığortaçısının məcmu xalis mənfəəti 40 % artıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/29/sigortaci.jpg)
Azərbaycan 16 sığortaçısının məcmu xalis mənfəəti 40 % artıb
![Sürtgü yağları biznesilə məşğul olan Azərbaycan şirkətinin gəliri və xalis mənfəəti azalıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/29/exol.jpg)
Sürtgü yağları biznesilə məşğul olan Azərbaycan şirkətinin gəliri və xalis mənfəəti azalıb
!["Səba" "Chicken Pro" şirkətini satır](/storage/thumbnail/thumbnail/cdn/2021/İyun/30/seba-loqo.jpg)
"Səba" "Chicken Pro" şirkətini satır
![İranda prezident seçkilərinə yenidən Məsud Pezeşkian liderlik edir](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/29/3fe98c3b-aaf1-43f7-8f1f-f1ca45744020.jpeg)
İranda prezident seçkilərinə yenidən Məsud Pezeşkian liderlik edir
![Bakcell Şuşada yeni mağazasını təqdim etdi!](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/28/Bakcel-susa.jpg)
Bakcell Şuşada yeni mağazasını təqdim etdi!
![Tanınmış marketlər şəbəkəsi işçilər yığır - TƏCRÜBƏ VACİB DEYİL](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/26/kassir-satici/kassir-0.jpg)