Coğrafi göstərici statusu verilə biləcək əmtəə və məhsulların siyahısı hazırlanıb
![Coğrafi göstərici statusu verilə biləcək əmtəə və məhsulların siyahısı hazırlanıb](/storage/thumbnail/cover/cdn/2017/july/24/1500902468.jpg)
Şərabçılıqda coğrafi göstəricilərdən qanunsuz istifadə halları mövcuddur
Patent və Əmtəə Nişanları Mərkəzində Azərbaycana məxsus coğrafi göstəricilərin müəyyənləşdirilməsi və qeydiyyatı üzrə yaradılmış işçi qrupun ilk iclası keçirilib.
İşçi qrupun tərkibində Mədəniyyət və Turizm, Səhiyyə, Ekologiya, Kənd Təsərrüfatı nazirliklərinin, Milli Kulinariya Mərkəzinin, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-nin, AzPromo, Patent və Əmtəə Nişanları Mərkəzi və Naxçıvan MR SMPDK-nın səlahiyyətli nümayəndələri təmsil olunur.
İlk iclasda ölkəmizdə mövcud olan coğrafi göstəricilərin araşdırılması və müəyyən edilməsi məsələləri müzakirə olunub.
Bildirilib ki, həyata keçirilən yeni iqtisadi siyasətin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişafı və genişləndirilməsidir. Bu istiqamətdə uğurla reallaşan islahatların prioritetlərindən biri isə ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendi altında qeyri-neft məhsullarının istehsalının və xarici ölkələrə satılmasının təşviqidir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi altında təşviqi istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən kompleks tədbirlər görülməkdədir.
Prezident İlham Əliyevin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixli sərəncamına əsasən bu sahədə qarşıya qoyulan vəzifələrdən biri “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi idi. 2016-cı il oktyabrın 5-də isə Prezident İlham Əliyev “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Fərmanla yerli məhsulların xarici bazarlara çıxarılması işinin təşkili, bazarların araşdırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə çəkilən xərclərin dövlət hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi qaydası, həmçinin Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat forması təsdiq edilib.
İşçi qrupun iclasında qeyd edilib ki, “Made in Azerbaijan” brendinin dünyada tanıdılması, Azərbaycan mənşəli qeyri-neft məhsullarının istehsal coğrafiyasının genişləndirilməsi istiqamətində coğrafi göstəricilərin beynəlxalq səviyyədə qeydiyyatı məsələləri sürətləndirilməlidir. Sənaye mülkiyyəti obyektlərindən kommersiya məqsədləri üçün istifadə, bu sahədə bazar münasibətlərinin formalaşdırılması, qiymətləndirilməsi, o cümlədən dünya praktikasında coğrafi göstəricilərin rolu və yaranma proseslərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə coğrafi göstəricilərin əqli mülkiyyət obyektləri sırasında vacib rolu nəzərə alınaraq, bu sahənin daha geniş öyrənilməsi, təhlili və coğrafi göstəricilərin hüquqi mühafizəsinin sürətləndirilməsi üçün aidiyyəti dövlət qurumları və özəl sektorun nümayəndələrindən ibarət işçi qrupu təşkil olunub.
Qeyd edilib ki, Azərbaycanda coğrafi göstəricilərin qeydə alınması, hüquqi mühafizəsi və istifadəsi ilə bağlı münasibətlər 1998-ci ildə qüvvəyə minmiş “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməkdədir.
Görüşdə coğrafi göstəricilərin mənşəyi, müəyyənləşdirilməsi, məhsulun coğrafi göstərici kimi adlandırılması üçün meyarlar, qeydiyyatın vacibliyi və s. məsələlər barədə danışılıb. Hazırda ölkədə şərabçılıq və digər sahələrdə coğrafi göstəricilərdən qanunsuz istifadə hallarının mövcudluğu diqqətə çatdırılıb.
Hazırda coğrafi göstərici statusu verilə biləcək əmtəə və məhsulların ilkin siyahısının hazırlandığı, bu sahədə hüquqi mühafizəsinin gücləndirilməsini təmin etmək üçün qanunvericiliyə dəyişikliklər layihəsi üzərində işlənildiyi və beynəlxalq təcrübənin öyrənildiyi diqqətə çatdırılıb.
Məlumat üçün bildirək ki, coğrafi göstərici - əmtəənin mənşəyinin dövlət, bölgə, ərazi, yaxud müəyyən ərazidəki yer ilə (coğrafi obyektlə) bağlılığını müəyyənləşdirən, eyni zamanda bu əmtəənin xüsusi keyfiyyətini, şöhrətini və başqa xassələrini əsasən coğrafi mənşə ilə əlaqədar əks etdirən işarədir. Hazırda ölkəmizdə 13 coğrafi göstərici qeydiyyatdadır. Bunlar “Badamlı”, “Duzdağ”, “Sirab”, “İrəvan xalçası”, “Əştərək xalçası”, “Zəngəzur xalçası”, “Vayxır”, "Yalxı ispirək kəlağayısı”, "Duvağ kəlağayısı”, "Heyratı kəlağayısı”, "7 rəng kəlağayısı”, "Qoşa haşiyə" və "Abbasəli kəlağayısı”dır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 saat əvvəl
Bakıda 1 nəfərə görə aylıq 1 manat, regionlarda 0,70 manat oldu
-
6 saat əvvəl
Hava nəqliyyatı ilə ölkədaxili yük və sərnişindaşıma xidmətlərinin tarifləri tənzimlənib
-
6 saat əvvəl
Naxçıvana biletlərin qiyməti dəyişməyib, Füzuliyə müntəzəm reyslər açılır
-
-
8 saat əvvəl
Şəhərdaxili avtobus marşrutları və metroda gedişhaqqı 50 qəpik olub
- 8 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Sabah Bakıya yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda leysan olacaq
-
1 gün əvvəl
“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı”nın səhmdarlarının sayı azalıb
-
1 gün əvvəl
Azercell-in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub
![Cubics Rəqəmsal Həlləri ilə səmərəli yay tətili](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/29/1561b7d8-08ad-475a-9e73-c47aca34a829.jpeg)
Cubics Rəqəmsal Həlləri ilə səmərəli yay tətili
![AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur](/storage/thumbnail/thumbnail/cdn/2024/may/03/Azerbaycanda_vakansiyalar.png)
AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur
![Milli Marketinq Forumunun ikinci günü uğurla yekunlaşdı!](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/29/milli-marketinq-forumu.jpg)
Milli Marketinq Forumunun ikinci günü uğurla yekunlaşdı!
Ən çox oxunanlar
![“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı”nın səhmdarlarının sayı azalıb](/storage/thumbnail/thumbnail/cdn/2022/Yanvar/22/hovsan-liman.jpg)
“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı”nın səhmdarlarının sayı azalıb
![Avrora Qrup 02 iyul 2024 tarixində "Açıq qapı" günü elan edir!](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/29/photo-output.jpeg)
Avrora Qrup 02 iyul 2024 tarixində "Açıq qapı" günü elan edir!
![Azərbaycan 16 sığortaçısının məcmu xalis mənfəəti 40 % artıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/29/sigortaci.jpg)
Azərbaycan 16 sığortaçısının məcmu xalis mənfəəti 40 % artıb
![Sürtgü yağları biznesilə məşğul olan Azərbaycan şirkətinin gəliri və xalis mənfəəti azalıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/29/exol.jpg)
Sürtgü yağları biznesilə məşğul olan Azərbaycan şirkətinin gəliri və xalis mənfəəti azalıb
!["Səba" "Chicken Pro" şirkətini satır](/storage/thumbnail/thumbnail/cdn/2021/İyun/30/seba-loqo.jpg)
"Səba" "Chicken Pro" şirkətini satır
![İranda prezident seçkilərinə yenidən Məsud Pezeşkian liderlik edir](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/29/3fe98c3b-aaf1-43f7-8f1f-f1ca45744020.jpeg)
İranda prezident seçkilərinə yenidən Məsud Pezeşkian liderlik edir
![Bakcell Şuşada yeni mağazasını təqdim etdi!](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/28/Bakcel-susa.jpg)
Bakcell Şuşada yeni mağazasını təqdim etdi!
![Tanınmış marketlər şəbəkəsi işçilər yığır - TƏCRÜBƏ VACİB DEYİL](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/26/kassir-satici/kassir-0.jpg)