"Yelo Bank"ın xalis mənfəəti 4 dəfəyə yaxın artıb
"Yelo Bank" ASC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 8 milyon 724 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 2 milyon 352 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Yelo Bankın xalis mənfəəti 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 6 milyon 372 min manat və ya 3,7 dəfə (271%) artıb.
Marja.az xəbər verir ki,"Yelo Bank"ın faiz gəlirləri 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 32,6% aratraq 52 milyon 524 min manata yüksəlib, qeyri-faiz gəlirləri isə 19,6% azalaraq 5 milyon 52 min manata düşüb.
2023-cü ilin ilk 6 ayında "Yelo Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 57 milyon 576 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 55 milyon 352 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 2 milyon 224 min manat təşkil edib. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 6 milyon 500 min manat mənfəətə əlavə edilib və nəticədə mənfəət 8 milyon 724 min manata yüksəlib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin ilk 6 ayında "Yelo Bank"ın cəmi əməliyyat gəlirləri 45 milyon 886 min manat, cəmi əməliyyat xərcləri 44 milyon 856 min manat, əməliyyat mənfəəti 1 milyon 31 min manat təşkil etmişdi. Ehtiyatdan azad olan 1 milyon 321 min manatın hesabına mənfəət 2 milyon 352 min manata yüksəlmişdi.
BANK BÖYÜYÜB
"Yelo Bank"ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 3,1% və ya 25 milyon 403 min manat artaraq 30 iyun 2023-cü il tarixində 846 milyon 939 min manat təşkil edib. Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) isə 9,9% və ya 61 milyon 627 min manat artaraq 683 milyon 576 min manata çatıb.
"Yelo Bank"da depozitlər 2023-cü ilin birinci yarısında 2022-ci ilin sonu ilə müqayisədə 19 milyon 361 min manat və ya 3,4% aratraq 591 milyon 661 manata yüksəlib. O cümlədən, fiziki şəxslərin depozitləri 12 miylon 783 min manat artaraq 448 milyon 647 min manata, hüquqi şəxslərin depozitləri isə 6 milyon 579 min manat artaraq 143 milyon 14 min manata qalxıb.
30 İyun 2023-cü il tarixində "Yelo Bank" 96 milyon 911 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA






.jpg)
.jpg)







.jpg)





