Bu universitetdə orta maaş 1296 manat təşkil edir
UNEC-in (Dövlət İqtisadi Universiteti) Elmi Şurasında 2022-ci il ərzindəki maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında İqtisadi məsələlər üzrə prorektor Nəsimi İsmayılovun hesabatı dinlənilib.
Universitetin yaydığı məlumata görə, hesabatda bildirilib ki, 2023-cü il tarixindən tətbiq edilmiş əməkhaqqı artımından sonra hazırda UNEC üzrə orta aylıq əməkhaqqı 1296 manat, pedaqoji heyət üzrə orta aylıq əməkhaqqı isə 1486 manat təşkil edir.
Hesabat ilində saathesabı əməkhaqlarının artırıldığı da qeyd olunub. 2022/2023-cü tədris ilindən etibarən bir saata görə ödənilən əməkhaqqı Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində 27 manat, UNEC Biznes Məktəbi, Beynəlxalq İqtisadiyyat Məktəbi və SABAH Mərkəzi istisna olunmaqla digər fakültə, məktəb, mərkəz və kafedralar, eləcə də yay semestri üzrə professor və ya elmlər doktoru üçün 15 manat, dosent və ya fəlsəfə doktoru üçün 12 manat, elmi dərəcəsi və elmi adı olmayanlar üçün 9 manat müəyyən edilib.
UNEC-in tədqiqat universitetinə çevrilməsi istiqamətindəki strateji hədəflərinə uyğun olaraq, tədqiqatların stimullaşdırılması məqsədilə nüfuzlu elmi jurnallarda məqalə çapına görə 4500 manatadək pul mükafatının verildiyi diqqətə çatdırılıb. 2022-ci ildə UNEC əməkdaşlarına nüfuzlu elmi jurnallarda nəşr olunan məqalələrə görə ümumilikdə 288,3 min manat mükafat ödənildiyi qeyd olunub.
Bununla yanaşı, 2022-ci ildə UNEC-də aparılan elmi-tədqiqat işlərinin dəstəklənməsi məqsədilə ilk dəfə olaraq qrant müsabiqəsinin keçirildiyi bildirilib. Müsabiqəyə UNEC büdcəsindən UNEC Tədqiqat Fondu ilə birgə 150 min manat maliyyə vəsaitinin ayrıldığı deyilib.
Təhsilin demokratikləşdirilməsi məqsədilə UNEC-də hibrid auditoriyaların yaradıldığı, 2022-ci ildə bu auditoriyaların sayının 100-ə çatdırıldığı vurğulanıb.
Hesabatda UNEC-də ən müasir avadanlıqlarla təchiz edilmiş Rəqəmsal nəşriyyatın qurulduğu da qeyd olunub. Yeni nəşriyyatda yüksək keyfiyyətli çap məhsullarının, kitabların, şəkil və müxtəlif promo məhsulların hazırlandığı bildirilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 13 saat sonra
-
-
3 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
3 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
4 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
4 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb




























