Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ-da inflyasiya məlumatlarının açıqlanacağı cari həftənin ilk ticarət günündə dollar indeksi (DXY) 101.75 bənd hədlərinə qədər geriləyib.
Çərşənbə günü açıqlanacaq İstehlakçı Qiymətləri İndeksi (CPI) və cümə axşamı dərc olunacaq İstehsal Qiymətləri İndeksi (ÜFE) göstəriciləri DXY-da tendensiyanın gedişinə ciddi təsir edə bilər.
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) Nyu-York bölməsinin dünən açıqladığı “İstehlakçı Gözləntiləri Araşdırması”-nın nəticələrinə görə, Amerika istehlakçılarının qısamüddətli inflyasiya ehtimalları iyun ayında 3.8%-ə enərək 2021-ci ilin aprelindən bəri ən aşağı səviyyəyə düşüb.
FED rəsmilərinin açıqlamaları investorlar tərəfindən təqib edilərkən, San-Fransisko FED sədri Meri Deyli, güclü əmək bazarı qarşısında yüksək inflyasiyanın qarşısını almaq üçün bu il bir neçə faiz artımına ehtiyac olacağını düşündüyünü ifadə edib.
Klivlend FED-in sədri Loretta Mester inflyasiya təzyiqlərinin hələ də uçot dərəcəsinin daha da artırılmasını zəruri etdiyini bildirib. Mester qeyd edib ki, FED inflyasiyanı azaltmaq üçün monetar siyasəti bir az daha sərtləşdirməli olacaq.
Atlanta FED sədri Rafael Bostiç inflyasiyanın çox yüksək olduğunu və ən böyük riskin inflyasiyanın hədəfə qaytarılmaması olduğunu bildirib.
NFP göstəriciləri fonunda ötən həftəni 102.30 bənd səviyyəsində başa vuran DXY hazırda 101.80 bənd səviyyəsində dalğalanır. Qeyd edək ki, DXY 103.50 bənd səviyyəsindəki psixoloji müqavimət həddinin altında qaldığı müddətcə, eniş tendensiyası 100 bənd hədlərinə kimi davam edə bilər.
Bu gün isə İngiltərədə dərc olunacaq əmək bazarı göstəriciləri və Almaniyada açıqlanacaq inflyasiya rəqəmləri investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
2 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
43 d. əvvəl
Mərkəzi Bank: Növbəti dəstək tədbirləri ilə lizinq sahəsinin inkişafını hədəfləyirik
- 46 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
Cəbrayılda Şəfəq layihəsi çərçivəsində ilk günəş paneli quraşdırılıb
-
1 saat əvvəl
Biləcəridə yeni fürsət: Tam təmirli 2 otaq studiya mənzillər satışa çıxdı
- 1 saat əvvəl
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlara 51 investordan 51 sifariş
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
"Latviya Azərbaycanı strateji tərəfdaş və dost hesab edir"
Ən çox oxunanlar
Azərbaycan-Latviya sənədləri mübadilə edilib
"akart"da yeni limitlər
Aprelin 23-də gözlənilən hava şəraiti
"Kapital Bank" "Bir" ekosistemində “Bir Taxi” istifadəyə verilə bilər" iddiasına cavab verdi






.jpg)
.jpg)








.jpg)








