İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində yeni təyinat olub
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Data idarəolunması departamentinə yeni direktor təyin edilib.
Agentlikdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, sözügedən vəzifəyə 2023-cü ilin iyun ayından Kamran Ağayev rəhbərlik edir.
Kamran Ağayev İRİA ilə yanaşı, “Azercell” şirkətində Data idarəolunması şöbəsinin və ADNSU-da fəaliyyət göstərən "Big Data və Analitika Mərkəzi"nin rəhbəri vəzifələrini davam etdirəcək.
K. Ağayev 20 ildən çoxdur ki, verilənlər bazası administratoru ixtisası üzrə çalışır və “Oracle” sahəsində bir sıra professional, ekspert və master sertifikatlarına sahibdir. ABŞ-də “Oracle verilənlər bazasında məlumatların nüsxəsinin alınması və bərpa yolları” və “Oracle Certified Master” adlı 2 kitabı nəşr olunub.
O, fəaliyyəti ərzində dünyanın müxtəlif ölkələrində (ABŞ, Yaponiya, Çin, Tailand, Cənubi Koreya, Avstraliya, Hindistan, Argentina, Uruqvay, Panama, Kosta-Rika, Meksika, Qvatemala və bir sıra Avropa ölkələri) beynəlxalq konfransda çıxışlar edib, “Oracle” şirkəti tərəfindən dünyada sayı 120-dən az olan “Oracle ACE Director” mükafatına layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























