“Boston Consulting Group” “Elektromobillik üzrə Milli Plan” hazırlayacaq
Energetika Nazirliyində “Elektromobillik üzrə Milli Plan”ın hazırlanması müzakirə edilibEnergetika Nazirliyində “Elektromobillik üzrə Milli Plan”ın hazırlanması ilə əlaqədar Boston Consulting Group” (BCG) şirkətinin icraçı direktoru Arturs Smilkstinsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq “Elektromobillik üzrə Milli Plan”ın hazırlanması çərçivəsində “Boston Consulting Group” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə edilib.
Bu sahədə inkişaf tendensiyaları, beynəlxalq təcrübə nəzərdən keçirilib.
Elektromobillik planının hazırlanması üzrə şirkətin ilkin yanaşması, baxışları diqqətə çatdırılıb.
Elektrikli nəqliyyat vasitələrinin geniş yayılması üçün enerji doldurma infrastrukturunun yaradılması, bu prosesin enerjiyə tələbata təsiri, azad edilmiş ərazilər və Naxçıvanın “yaşıl enerji zonası” konsepsiyasında inkişafı üçün elektromobilliyin tətbiqi, həmçinin ölkəmizdə elektromobillik planının hazırlanması üçün Texniki Tapşırıq sənədi ətrafında fikir mübadiləsi aparılıb, müvafiq tövsiyələr verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 5 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















