"Keyfiyyətlə inşa etdiyimiz yollar maliyyə dayanıqlığımızın təməl sütunudur" - MÜSAHİBƏ
Müşfiq Bayramzadə: "Son 5 ildə şirkətimizin illik dövriyyəsi 188 milyondan 563 milyon manata yüksəlib. Daimi 2000-dən çox işçi qüvvəsinə sahibik".“AzVirt” MMC-nin daxili audit rəhbəri Müşfiq Bayramzadə ilə müsahibə.
- “AzVirt” şirkətinin yaranma tarixi və fəaliyyət sferası il bağlı qısaca olaraq nəyi bizimlə bölüşmək istərdiniz?
- AzVirt şirkəti 1995-ci ildə Azərbaycan-Almaniya birgə müəssisəsi kimi yaradılıb. Sonradan "AzVirt" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılıb. Bu günə qədər şirkət artan dinamika ilə inkişaf edərək Azərbaycan, eləcə də Serbiya, Bosniya, Qırğızıstan və Ukraynada yüksək texnoloji standartlara cavab verən yol infrastruktur işlərinin icrasını həyata keçirir. Hava limanı infrastruktur layihələrinin icrasına görə ölkəmizdə yeganə ixtisaslaşmış şirkətik. Xüsusi olaraq vurğulamaq istərdim ki, 44 günlük Vətən müharibəsinin şanlı zəfərindən sonra Qarabağın dirçəldilməsi istiqamətində işlərin aparılmasında Prezident, cənab İlham Əliyevin “AzVirt” şirkətinə etimadından xüsusi qürur hissi duyuruq. Hazırda çalışdığımız xarici ölkələri də nəzərə alsaq, daimi 2000-dən çox işçi qüvvəsinə sahibik.
- “AzVirt” şirkətinin maliyyə sağlamlığı və performansı ilə əlaqəli suala keçməzdən öncə şirkətin idarəetmə üslubu olaraq hansının seçildiyini bilmək maraqlı olardı.
- Ənənəvi idarəetmə üslubunda belə bir menecment üslubu var idi: “göstəriş ver və nəzarət et”, ingiliscə “command and control”. Bu üslub hal-hazırda bir sıra şirkətlərdə hələ də tətbiq edilir. Amma şirkətlər böyüdükcə, rəqabət gücləndikcə və texnologiya inkişaf etdikcə artıq ənənəvi idarəetmə üslublarının uğursuzluğu özünü göstərdi. Zamanla şirkətlər müasir menecment üslublarını tətbiq etməyə başladılar. Bizim şirkət də öz idarəetmə üslubunda müasir idarəetmə üslublarından “güclü matrix” - “strong matrix style” üslubunu seçmişdir. Şirkət rəhbərliyi eyni zamanda “güclü matrix” idarəetmə üslubu ilə “maneəsiz təşkilat” - “boundaryless organization” idarəetmə üslubunun kombinasiyasını həyata keçirdiyi üçün bu şirkətimiz üçün əlavə bir dəyər yaradır. Çünki şirkət işçiləri həm şəxsi, həm də iş həyatlarında qarşılaşdığı problemləri rəhbərliklə paylaşmaqda sıxıntı yaşamadıqları üçün məhz bu idarəetmə üslubu “AzVirt” şirkətini bir ailə kimi hiss etməyə zəmin yaradır.
- “AzVirt” şirkəti yol tikinti işlərində hansı ölkələrin texnikalarından istifadə edir?
- Yuxarıda da qeyd etdiyim ki, biz yarandığımız ilk illərdə Almaniya-Azərbaycan birgə müəssisəsi kimi fəaliyyətə başlamışıq. Heç kəsə də sirr deyil ki, dünyada “alman keyfiyyəti” deyilən bir ifadə, az qala sloqana çevrilmişdir. Bizim şirkət də hər zaman gördüyü işlərdə keyfiyyətə xüsusi önəm verdiyi üçün texnika parkımızın böyük əksəriyyəti alman texnikalarından ibarətdir, o cümlədən laboratoriyamızdakı avadanlıqlar da başqa ölkələr də daxil olmaqla əsasən almaniya istehsalıdır. Şirkətimizin qurucusu professor, texnika elmləri doktoruƏli Əliyevin “Keyfiyyət əsas siyasətimizdir” ifadəsinin yazıldığı lövhənin şirkətimizin inzibati binasının giriş hissəsində olması heç də təsadüfi deyil. Məncə, bu her şeyi təsdiq edir. Bu, bir vizit kartımızdır.
- Son olaraq soruşmaq istərdim ki, “AzVirt” şirkətinin 28 illik dinamik inkişafının, uğurlarının və maliyyə sağlamlığının təməlində hansı faktorlar dayanır?
- Bizim şirkətin maliyyə hesabatları 2014-cu ildən bəri Beynəlxalq Audit şirkəti tərəfindən hər il audit olunur. Son 2 ildə ölkədə çox az şirkətlərdən hesab olunuruq ki, könüllü şəkildə ildə 2 dəfə audit prosesindən keçirik. Bu da onu göstərir ki, şirkətimiz maliyyənin əhəmiyyətinə xüsusi önəm verir və maliyyə dayanıqlığını təmin edən bütün faktorları detallı şəkildə incələyir. Təkcə onu demək yetərlidir ki, son 5 il ərzində şirkətin illik dövriyyəsi 188 milyon manatdan 563 milyon manata yüksəlmiş (artım təxminən 3 dəfə) və ümumi aktivləri 115 milyon manatdan 387 milyon manata qədər artmışdır (3 dəfədən çox). Mən hesab edirəm ki, bu uğurun və maliyyə göstəricilərinin bir sirri var: “Keyfiyyətlə inşa edilən yollarımız”. Bizim inşa etdiyimiz yolların keyfiyyəti rəhbərliyin xüsusi diqqət mərkəzindədir. Hesab edirəm ki, uzunmüddətli biznes və maliyyə dayanıqlığının ən əsas təməli görülən işlərin keyfiyyətindən keçir.
- Müsahibəyə görə, təşəkkür edirik.
Fotolar: Ardıcıllıqla, Füzuli Beynəlxalq Hava Limanı və Bosniya və Herseqovina, Poçitel körpüsü
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
37 d. əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
-
- 44 d. əvvəl
-
49 d. əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
55 d. əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
1 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT investorlara illik 18% gəlir təklif edir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
Ən çox oxunanlar
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
























