Azərbaycan vətəndaşlarının Türkiyədə ev alışı kəskin azalıb
Türkiyə Statistika Komitəsi (TUK) 2023-cü ilin may ayında əcnəbilərə mənzil satışı barədə məlumatları açıqlayıb.
Marja.az xəbər verir ki, 2023-cü ilin may ayında əcnəbilərə mənzil satışı 2022-ci ilin may ayı ilə müqayisədə 46,9% azalaraq 3 min 167 olub. May ayında xaricilərə ev satışının ümumi ev satışlarında payı 2,8% təşkil edib. Xaricilərə ev satışı ən çox (1245 ev) Antalyada olub. İstanbulda xaricilərə 934 ev, Mersində 249 ev satılıb.
Milliyyətinə görə ən çox ev satışı Rusiya vətəndaşlarına edilib
May ayında Rusiya vətəndaşları Türkiyədən 991 ev alıblar. Rusiya vətəndaşlarının ardınca 503 ev alışı ilə İran, 175 ev alışı ilə Ukrayna və 129 ev alışı ilə Almaniya vətəndaşları gəlir.
May ayında Azərbaycan vətəndaşları Türkiyədə 75 ev alıblar. Ötən ilin may ayında azərbaycanlıların ev alışı 118 idi.
2023-cü ilin ilk 5 ayında (yanvar- may) Azərbaycan vətəndaşları Türkiyədə 336 ev alıblar. Ötən ilin eyni dövründə bu say 571 ev idi.
Türkiyədə evlərin bahalaşması və zəlzələlər nəticəsində binaların uçması alışların düşməsinə səbəb olur.
2023-cü ilin aprel ayı ilə müqayisədə isə mayda Azərbaycan vətəndaşları 21 ev daha çox alıblar. Azərbaycanlılar Apreldə Türkiyədə 54 ev almışdılar.
Ötən il azərbaycanlar Türkiyədə 1330 ev alıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















