"Qiymətlər ucuzdur, xarici bazara çıxa bilmirik, qəbul edən emal müəssisəsi də yoxdur"
İmişlidə “Krım” növü adı ilə tanınan gilasın yığımı davam edir. Ağaclarda bol məhsul yetişib və qiymətlər də ucuzdur.
İmişlidə meyvə bağları ilə tanınan Şahverdili kəndində sakinlər uzun illərdir bağçılıqla məşğuldur. 360 təsərrüfatı olan kəndin əsas məşğuliyyəti meyvəçilikdir. Hazırda kəndin bağlarında “Krım” gilası tədarük olunur.
Şahverdili kəndinin sakini Nazim Həsənov bildirir ki, təsərrüfatı 20 sotdan ibarətdir və bağda 250 ədəd gilas ağacı var. Bu il bol məhsul yetişdiyini söyləyən bağban, qiymətlərin ucuz olduğunu deyir: “Təsərrüfatımızda əsasən 4 növ gilas ağacı mövcuddur. Onlardan “Öküz ürəyi” və “Zəngilan” növü daha tez yetişdiyi üçün bir neçə gün əvvəl yığımı yekunlaşıb. Hər ağac orta hesabla 50-60 kiloqram məhsul verib. Hazırda isə “Krım” gilasının yığımına başlanılıb. Bu növ gilas bərk və daha qalıcı olur, daşınma üçün sərfəlidir”.
Yaxın 10 gün müddətində yığılacaq gilasın hər ağacından 50-100 kiloqram məhsul gözlənilir. Bağın əsas giləmeyvəsi sayılan “ağ gilas” da yetişib və hazırda yığımı davam edir.
Bağban Nazim Həsənov söyləyir: “Bizim kəndin məhsulu hər zaman bol olub, baxmayaraq ki, bu il meyvə yetişən vaxt hava yağıntılı keçdi, lakin yenə də ağaclarımızın barı kifayət qədərdir. Ümumilikdə kənddə mövsüm zamanı 300 tondan çox gilas yığılır. Bu məhsulla rayon bazarını tam təmin edirik, məhsulun digər hissəsi isə qalır, çünki xarici bazara çıxışımız yoxdur. Yaxşı olar ki, xarici bazara çıxışımız olsun. Gilas qəbulu, yaxud ondan şirələr hazırlanması məntəqəsi olsun ki, biz də məhsulumuzu həmin məntəqələrə təhvil verə bilək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 3 d. əvvəl
-
1 saat əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüş olub, geniş tərkibdə görüş başlayıb
-
1 saat əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasını imzaladı
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib
Ən çox oxunanlar
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib



























