"Günay Sığorta"ya yeni sədr təyin edilib
Mərkəzi Bankın əməkdaşı "Günay Sığorta"nın rəhbərliyinə gətirilib.“Günay Sığorta” ASC-yə yeni qanuni təmsilçi təyin edilib.
Məlumata görə, bu, Azərbaycan Mərkəzi Bankının sığortaya nəzarət departamentinin əməkdaşı Omarxan İsayevdir.
Omarxan İsayev bu vəzifədə Pərviz Rzayevi əvəz edib. O.İsayev bundan əvvəl, keçmiş Maliyyə Bazarlarına Nəzarət Palatasında və Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən Dövlət Sığorta Nəzarəti xidmətində çalışıb.
Qeyd edək ki, "Günay Sığorta"nın səhmlərinin 21,62 %-i isə ləğv prosesində olan "Günay Bank" ASC-yə məxsusdur. Bankın lisenziyasının ləğv edilməsindən sonra sığorta şirkətinin bağlanma riskləri artıb. Bundan əvvəl, Azərbaycan Mərkəzi Bankı sorğuya cavab olaraq “Günay Bank” ASC-nin lisenziyasının ləğv edilməsinin “Günay Sığorta” ASC-yə təsirlərinin qiymətləndirilirdiyini, bununla əlaqədar qısa zamanda əlavə məlumat verilməsinin nəzərdə tutulduğunu qeyd etmişdi. Məsələyə hələlik aydınlıq gətirilməyib.
XXX
“Günay Sığorta” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. Bu, Omarxan İsayevdir.
O, sədr vəzifəsində Pərviz Rzayevi əvəz edib.
Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 11,1 milyon manatdır. Şirkətin səhmlərinin 49,9 %-i Yeganə Şirinovaya, 28,48 %-i Mahmud Məmmədova, 21,62 %-i isə ləğv prosesində olan "Günay Bank" ASC-yə məxsusdur.
© APA, Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
37 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
38 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
59 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib






.jpg)









.jpg)







