Veysəloğlu Şirkətlər Qrupu “Qarabağ gecəsi” xeyriyyə konsertinin baş sponsorudur
Konsertdən əldə ediləcək vəsait Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.(®) Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlıq çərçivəsində işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması ilə bağlı dəstəyini davam etdirir.
VŞQ iyunun 17-də Gəncə şəhərində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçiriləcək “Qarabağ gecəsi” adlı xeyriyyə konsertinin baş sponsorudur.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq konsertdə xalq artistləri, əməkdar artistlər, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, eləcə də “Sənət Akademiyası”nın tələbələri çıxış edəcəklər.
“Qarabağ gecəsi” adlı xeyriyyə konserti ilk dəfə olaraq ötən il iyunun 26-da Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunub. Bu konsertdən, sponsorlar və bilet satışından toplanan vəsait hesabına Şuşa şəhərində mədəniyyət müəssisələrindən birinə yüksək keyfiyyətli royalın alınması qərara alınıb.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Dayanıqlı inkişafı dəstəkləmək və cəmiyyət üçün dəyər yaratmaq Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 20 saat sonra
-
- 40 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Ən çox oxunanlar
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"
























