Qlobal bazarlarda son vəziyyət
ABŞ Konqresinin Nümayəndələr Palatası borc limitini artırmaqla ölkənin defoltunun qarşısını alacaq qanun layihəsini qəbul edib.
Ağ Evlə Respublikaçılar arasında uzun sürən danışıqlardan sonra razılaşdırılan qanun layihəsi Nümayəndələr Palatasında 117 əleyhinə 314 səslə qəbul edilib.
Borc limitinin 2025-ci il yanvarın 1-dək ertələnməsini nəzərdə tutan qanun layihəsinin növbəti dayanacağı ABŞ Senatıdır. Qanun layihəsi Senatdan keçərsə, qanun qüvvəyə minməsi üçün prezident Baydenin imzasına təqdim ediləcək.
Beləliklə, borc limitinin artırılması federal hökumətin nağd pul çatışmazlığı və defoltla üzləşməsinin qarşısını alacaq.
Borc limitinin artırılması ilə yanaşı, bəzi federal proqramlar üzrə xərclərin azaldılmasını nəzərdə tutan qanun layihəsində bəzi dövlət yardımı benefisiarları, o cümlədən ərzaq yardımı proqramları üçün yeni iş tələblərinin tətbiqi planlaşdırılır.
Qanun layihəsi ilə “Covid-19” paidemiyası zamanı verilən, lakin istifadə olunmayan yardım pullarının geri qaytarılması nəzərdə tutulur.
Bundan əlavə, qanun layihəsi bəzi enerji layihələri üçün icazə prosesini sürətləndirməyi hədəfləyir.
ABŞ Konqresinin Büdcə Ofisinin (CBO) qanun layihəsinin federal borc və büdcə kəsirinə təsirini qiymətləndirməsinə görə, qanun qəbul olunarsa və məhdudlaşdırılmış ayırmalar planlaşdırıldığı kimi həyata keçirilərsə, büdcə kəsirinin təqribən azalacağı gözlənilir. Yaxın 10 ildə 15 trilyon dollar…
İyunun 5-dək borc limiti artırılmalıdır. Xatırladaq ki, ABŞ yanvarın 19-da 31.4 trilyon dollar borc həddinə çatıb və ABŞ Maliyyə Nazirliyi limiti aşmamaq və mümkün defoltun qarşısını almaq üçün fövqəladə tədbirlər görməyə başlayıb.
Qeyd edək ki, Konqres borc limitini iyunun 5-dək artırmasa və ya dayandırmasa, Xəzinədarlıq öz öhdəliklərini yerinə yetirmək üçün resursları tükənəcək.
Bu gün isə Avrozonada açıqlanacaq İstehlak Qiymətləri İndeksi, işsizlik səviyyəsi kimi önəmli iqtisadi göstəricilər, Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı və AMB-nin son toplantısının dərc olunacaq protokolları nvestorların diqqət mərkəzində olacaq.
Məlumat İnvestAz İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
6 d. əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 23 d. əvvəl
-
28 d. əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 53 d. əvvəl
-
59 d. əvvəl
Azərbaycanın böyük oyuncaq mağazaları şəbəkəsinin Sumqayıtda filialı açılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel yanacağı göndəriləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Ən çox oxunanlar
Avropanın ən böyük bankının mənfəəti azalıb
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
Qızılın qiyməti yavaş artım göstərib
Rəsmi məzənnələr açıqlandı






















