Büdcədə yaranmış artıqlıq xərclənəcək - DÖVLƏT BÜDCƏSİ 3,2 MİLYARD ARTIRILIR

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanun layihəsi göndərilib.
Bu barədə Marja.az-a Maliyyə Nazirliyindən bildirilib.
Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirlərinin əsas parametrləri
Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 779,5 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 5,5 milyon manat və ya 9,8 faiz çoxdur.
Dövlət büdcəsinin gəlirlərinin 52,5 faizi və ya 17 milyard 739,7 milyon manatı neft sektorunun, 47,5 faizi və ya 16 milyard 39,8 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2023-cü ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 1 milyard 442,7 milyon manat və ya 8,9 faiz, 2022-ci ilin icra göstəricisinə nisbətən 2 milyard 410,1 milyon manat (15,7 faiz), qeyri-neft sektoru üzrə isə 1 milyard 562,8 milyon manat və ya 10,8 faiz, 2022-ci ilin icra göstəricisinə nisbətən 689,8 milyon manat (4,5 faiz) artırılır.
Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin xərclərinin əsas parametrləri
Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin xərcləri 36 milyard 568,8 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 215,5 milyon manat və ya 9,6 faiz, 2022-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 4 milyard 504,2 milyon manat və ya 14,0 faiz çoxdur.
Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 60,3 faizi həcmində və ya 22 milyard 39,3 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 681,7 milyon manat və ya 3,0 faiz az), əsaslı xərclərə ümumi xərclərin 36,5 faizi həcmində və ya 13 milyard 347,0 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 719,7 milyon manat və ya 38,6 faiz çox), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 3,2 faizi həcmində və ya 1 milyard 182,5 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 177,5 milyon manat və ya 17,7 faiz çox) vəsait yönəldiləcəkdir.
Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin kəsiri 210 milyon manat artırılaraq 2 milyard 789,3 milyon manat məbləğinə çatdırılır. Kəsirin artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait və özəlləşmədən əlavə daxilolmalar hesabına təmin ediləcəkdir. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,5 faiz həcmində olacaqdır.
Büdcədə artıqlıq yaranıb
Cari ilin ilk dörd ayı ərzində dövlət büdcəsinin gəlirləri 11 milyard 473,6 milyon manat proqnoza qarşı 12 milyard 165,0 milyon manat və ya 106,0 faiz təşkil etmişdir ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 477,5 milyon manat və ya 13,8 faiz çoxdur. 2023-cü ilin dörd ayı ərzində dövlət büdcəsinin gəlirlərinin 6 milyard 433 milyon manatı qeyri-neft sektorunun payına düşmüşdür ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 048,5 milyon manat və ya 19,5 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 52,9 faiz təşkil etməklə proqnoz göstəricisinə (46,7 faiz) nisbətən 6,2 faiz-bənd artmışdır.
2023-cü ilin dörd ayında dövlət büdcəsi xərclərinin 8 milyard 321,6 milyon manat proqnoza qarşı 8 milyard 929,7 milyon manat və ya 107,3 faiz icra edilməsinə baxmayaraq, dövlət büdcəsində 3 milyard 235,3 milyon manat profisit qeydə alınmışdır.
Həmçinin oxu
Dövlət büdcəsinə milyardlar əlavə olunur
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 1 gün əvvəl
-
1 gün əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
1 gün əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
1 gün əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 1 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
