Unibank “İlin partnyoru” seçilib
(®) Unibank həyata keçirdiyi uğurlu layihələrə görə, Compass Plus Tecnologies tərəfindən iki nominasiya üzrə qalib seçilib.
Beynəlxalq şirkət “Unibank”ı “İlin partnyoru-2023” və “Biznesin intensiv inkişafı və innovativ layihələrin uğurla həyata keçirilməsinə görə ambisiya və innovasiya” nominasiyaları üzrə mükafatlandırıb. Beynəlxalq şirkət kimi 30 ildən artıq müddətdə banklar və kart prosessinq mərkəzləri üçün innovativ həllər yaradan Compass Plus, “Unibank”la 2021-ci ildən əməkdaşlıq edir. Bankın Kart Prosessinq Mərkəzi Compass Plus tərəfindən yaradılan ən son standartlara uyğun TranzAxis prosessinq sisteminə uğurla keçid edib. Bu əməkdaşlığın nəticəsi olaraq, Apple Pay, Google Pay, Garmin Pay - Token ilə ödənişlərin Azərbaycan bankları arasında ən birincilər sırasında reallaşdırılması, Leobank layihəsi, multivalyutalı UCard-ın buraxılması və digər çox vacib layihələr həyata keçirilib.
Müasir innovativ tələblərə cavab verən TranzAxis prosessinq sisteminə keçid bankın kart sayının və kartlar üzrə əməliyyatların da dəfələrlə artmasına imkan yaradıb. Son iki ildə bankın kart sayı 3 dəfədən çox artaraq 2 milyona yaxınlaşıb. Unibank kartları üzrə əməliyyatların sayı da bu müddətdə 11 dəfədən çox artaraq, 20 milyona çatmaqdadır. Yeni sistemə keçid bankın bankomat və pos-terminallarının sayına, eləcə də onların fəaliyyət effektivliyinin dəfələrlə artmasına səbəb olub.
Hazırda Unibank kartlarına bankın öz Prosessinq Mərkəzi tərəfindən xidmət olunur. Bank kartlarının "Unibank"ın öz Prosessinq Mərkəzi tərəfindən idarə edilməsinə başlanması son illərdə ödəniş kartları və nağdsız ödənişlər istiqamətində daha çevik və effektiv prosesin təminatına şərait yaradıb. Müasir proqram təminatı ilə təmin olunmuş Mərkəz, bazardakı yeniliklərə dərhal qoşulmağa imkan verir. Kartlara bankın öz prosessinq mərkəzi tərəfindən xidmət olunması nəticəsində müştərilərin istəkləri, xidmətlərə rahat çıxışı qısa müddət ərzində təmin edir. Prosessinq Mərkəzi tərəfindən həyata keçirilən layihələr sırasında yeni nəsil UTM aparatlarının uğurla inteqrasiya olunması, bu bankomatlarda mədaxil-məxaric imkanlarının dəfələrlə asanlaşdırılması və müştəriyönümlü olması Unibank kart sahibləri tərəfindən razılıqla və maraqla qarşılanıb. “Unibank”ın Kart Prosessinq Mərkəzi, bankın kartlarına operativ xidmətin daha da yüksəldilməsi, əlavə imkanların yaradılması istiqamətində yeni layihələr üzərində işləyir.
Unibank- Sənin Bankın!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər




.jpg)









.jpg)







