Azərbaycanda "Sollers" markalı avtomobillər istehsal olunacaq
“Sollers” və “Azərmaş” Azərbaycanda “Sollers” yüngül kommersiya avtomobillərinin istehsalını təşkil etmək barədə razılığa gəliblər.
Marja .az xəbər verir ki, bu barədə Rusiya şirkətinin yaydığı məlumatda deyilir.
“Mayın 19-da “Rusiya-İslam Dünyası: KazanForum” çərçivəsində “Sollers” və “Azərmaş” MMC arasında Azərbaycan Respublikasında “Sollers” yüngül kommersiya avtomobillərinin istehsalı üzrə əməkdaşlıq memorandumu imzalanıb”, - məlumatda deyilir.
Sənədi "Sollers" şirkətinin baş direktoru Nikolay Sobolev və “Azərmaş” şirkətinin sədri Emin Axundov imzalayıblar.
“Memorandum Rusiyadan gətirilən komponentlərdən (ehtiyat hissələrindən) istifadə etməklə “Azərmaş”ın müəssisələrində “Sollers” yüngül kommersiya avtomobillərinin istehsalının təşkilini nəzərdə tutur”, - avtokonserndən bildiriblər.
Bundan əlavə, memoranduma uyğun olaraq şirkətlər yerli tələbatın ödənilməsi, avtomobillərin ixracı və avtomobillərin yığılması üzrə mütəxəssis mübadiləsi üzrə tədbirlərin görülməsi barədə razılığa gəliblər.
"Sollers" şirkəti UAZ (Ulyanovsk Avtomobil Zavodu) yolsuzluq və yüngül kommersiya avtomobillərini və ZMZ (Zavoljski Motor Zavodu) benzin mühərriklərini istehsal edən Rusiyanın avtomobil şirkətidir. Həmçinin Şirkət Tatarıstanda "Sollers Alabuga" zavodunda "Sollers" yüngül kommersiya avtomobillərini istehsal edir. Şirkətin səhmləri Moskva birjasında ticarət olunur.
XXXX
СОЛЛЕРС И АЗЕРМАШ ДОГОВОРИЛИСЬ О СОТРУДНИЧЕСТВЕ ПО ПРОИЗВОДСТВУ ЛЕГКИХ КОММЕРЧЕСКИХ АВТОМОБИЛЕЙ В РЕСПУБЛИКЕ АЗЕРБАЙДЖАН
19 мая в рамках форума «Россия-Исламский мир: KazanForum» ПАО «СОЛЛЕРС» и ООО «АЗЕРМАШ» подписали меморандум о сотрудничестве в сфере производства легких коммерческих автомобилей Sollers в Азербайджанской Республике.
Свои подписи под документом поставили генеральный директор ПАО «СОЛЛЕРС» Николай Соболев и председатель правления ООО «АЗЕРМАШ» Эмин Ахундов.
Меморандум предполагает организацию производства легких коммерческих автомобилей Sollers на мощностях предприятия АЗЕРМАШ с использованием комплектующих, импортируемых из России.
В соответствии с меморандумом стороны также договорились принять меры по удовлетворению местного спроса, осуществлению экспорта автомобилей и обмену специалистами по промышленной сборке автотранспортных средств между Россией и Азербайджаном.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi







.jpg)






.jpg)






