İnflyasiya təzyiqi inkişafı daha da yavaşladır - AYİB
Avropa Yenidənqurma və İnkişaf Bankının son Regional İqtisadi Perspektivlər proqnozunda qeyd edilir ki, yüksək qaz qiymətlərinin səbəb olduğu inflyasiya, eləcə də sərtləşdirilmiş maliyyə şərtləri inkişafda olan Avropa və ətraf regionlarda inkişafı yavaşladır.
Bankın üç qitəni əhatə edən regionlarında istehsal həcminin hazırda 2023-cü il üçün 2,2 faiz artacağı gözlənilir ki, bu da Bankın fevral ayı üzrə məlumatlarında proqnozlaşdırılan 2,3 faiz göstəricidən bir qədər aşağıdır.
Qeyd edilib ki, inflyasiya təzyiqlərinin tədricən azalması fonunda 2024-cü ildə artımın 3,4 faizədək artacağı gözlənilir (fevral proqnozunda 3,3 faiz göstəricidən yuxarıdır).
2023-cü il üzrə tənəzzülə meyilliliyin əsas təkanverici amilləri aşağıdakılar olmuşdur: Türkiyədə fevral zəlzələsinin iqtisadi təsiri və ilin sonunda kredit şərtlərinin sərtləşdirilməsi; Cənubi və şərqi Aralıq dənizi regionunda gecikmiş islahatlar; inkişaf etmiş ölkələrdə zəif artımın, Mərkəzi Avropa və Baltik ölkələrində davamlı inflyasiyanın və sərt maliyyə şərtlərinin təsiri.
2022-ci ildə artım 2021-ci ildə Rusiya-Ukrayna müharibəsindən əvvəlki dövrlə müqayisədə 7,2 faizdən 3,3 faizədək azalmışdır. Həmçinin, 2022-ci ilin əvvəlində post-COVID bərpa prosesləri sayəsində müşahidə edilmiş güclü başlanğıcdan sonra ilin ikinci yarısında ard-arda iki rübdə (rübdən rübə) mənfi tendensiya qeydə alınmışdır.
Bu texniki tənəzzül 1990-cı illərin ortalarından etibarən AYİB regionlarının üzləşdiyi dördüncü zərbədir. Digərləri isə 1997-98-ci illərdə Asiya və Rusiyada iqtisadi böhranlar, 2008-2009-cu illərdə qlobal maliyyə böhranı və COVID-19 pandemiyası olmuşdur.
Bununla belə, 2022-ci ildə ümumdaxili məhsulun rüblük artımı ilə bağlı illik ehtimalları özündə əks etdirən məlumatlar ilkin xarakter daşıyır və təkrar nəzərdən keçirilə bilər.
"Yeni Regional İnkişaf Perspektivləri hesabatımızı "Yan keçmə" adlandırırq" — deyə AYİB-in baş iqtisadçısı Beata Yavorçik bildirmişdir. "İnflyasiya azalmağa doğru getsə də, hazırda fəaliyyət göstərdiyimiz ölkələrin dörddə üçündən çoxunda hələ də ikirəqəmli olaraq qalır. Həmçinin, AYİB regionlarında ard-arda iki tənəzzüllə mübarizə aparmalı olan ev təsərrüfatlarının çətinliklərlə qarşılaşdıqlarına dair bir sıra faktlar mövcuddur."
Enerji qiymətlərinin aşağı düşməsi ilə əlaqədar inflyasiya azalmağa başlamasa da, mart ayında AYİB regionlarında orta hesabla 13,4 faiz civarında qərarlaşmışdır.
AYİB-in Dünya Bankı ilə birgə ev təsərrüfatları arasında keçirdiyi "Keçid dövründə həyat" sorğusunun növbəti mərhələsinin ilkin nəticələri göstərir ki, AYİB regionlarında ev təsərrüfatlarının 55 faizi qənaət edə bilmir və maaşdan maaşa keçinməyə çalışırlar. Respondentlərin 10 faizi isə borclarının yığılıb qaldığını bildirmişlər.
Ev təsərrüfatlarının əksəriyyəti məhdud ehtiyatlara malikdir: AYİB regionlarında ev təsərrüfatlarının 50 faizi əsas xərclərini yığım vəsaitləri hesabına qarşılaya bilmədiklərini qeyd etmişlər.
"Keçid dövründə həyat" sorğusu ilə bağlı daha ətraflı məlumatlar AYİB-in növbəti Keçid hesabatı ilə paralel olaraq il ərzində yayımlanacaqdır.
AYİB regionları üzrə
Mərkəzi Asiyada artımın güclü olaraq qalacağı, 2023-cü ildə 5,2 faiz (fevral proqnozuna dəyişiklik edilmişdir), 2024-cü ildə isə 5,4 faiz olacağı proqnozlaşdırılır. Rusiya biznes subyektlərinin relokasiyası və neft ixracının artması Qazaxıstanda artımı təşviq etdiyi halda, Monqolustan genişləndirilmiş mədən hasilatı və Çinlə əlaqələrin bərpasından faydalanır.
Mərkəzi Avropa və Baltik ölkələrində istehsal həcminin 2023-cü ildə cüzi şəkildə, 0,5 faiz artacağı gözlənilir ki, bu da fevral ayında inkişaf etmiş ölkələrdə gözləniləndən aşağı artım və davamlı inflyasiya ilə bağlı proqnozla əlaqədar təkrar nəzərdən keçirilmişdir. Region 2022-ci ildə dayanıqlılığını sübuta yetirsə də, post-COVID dövrü bərpa prosesləri sürətini itirmiş və rübdən-rübə artımda mənfi göstəricilər qeydə alınmağa başlamışdır. Artımın 2024-cü ildə 2,9 faizədək yüksələcəyi gözlənilir.
2022-ci ildə iqtisadi fəaliyyəti təşviq edən fövqəl amillər məhdud əlavə stimul yaratdığından, Şərqi Avropa və Qafqazda (Ukrayna istisna olmaqla) artımın zəifləyəcəyi gözlənilir. Bütövlükdə regionda 2023-cü ildə 1,9 faiz, 2024-cü ildə isə 3,3 faiz artım proqnozlaşdırılır.
Ukrayna iqtisadiyyatında 2023-cü ildə cüzi, 1 faiz artım gözlənildiyi halda, 2024-cü ildə şirkətlərin müharibə şərtlərinə uyğunlaşması ilə əlaqədar bu göstəricinin 3 faiz olacağı proqnozlaşdırılır.
2022-ci ilin son rüblərində Bolqarıstanda avrozonaya daxil olma ilə əlaqədar investorların əminliyinin artması, Rumıniyada daha yüksək dövlət investisiyaları və Yunanıstanda güclü böyümənin davam etməsi ilə əlaqədar Avropa İttifaqının cənub-şərq ölkələri üçün 2023-cü il üzrə artım göstəriciləri müsbətə doğru dəyişdirilmişdir. Regionda 2023-cü ildə 2,3 faiz, 2024-cü ildə isə 3 faiz artım gözlənilir.
Cənubi və şərqi Aralıq dənizi regionunda istehsal həcminin 2023-cü ildə 3,6 faiz, 2024-cü ildə isə 4,4 faiz olacağı gözlənilir. 2023-cü il üzrə mənfiyə doğru dəyişikliklər islahatlarda gecikmələr, inkişaf etmiş Avropada zəif artımın təsirləri, Misirdə fiskal və xarici həssaslığın artması ilə əlaqədar olmuşdur.
Türkiyədə artımın 2023-cü ildə 2,5 faizə, 2024-cü ildə isə 3 faizədək aşağı düşəcəyi gözlənilir. 2023-cü il üzrə mənfiyə doğru dəyişikliklər 2023-cü ilin fevral ayında baş vermiş zəlzələlərin təsiri, eləcə də ilin ikinci yarısında kredit şərtlərinin sərtləşəcəyinə dair gözləntilərlə əlaqədar olmuşdur.
Qərbi Balkan regionunda istehsal həcminin inflyasiya təzyiqlərinin təsiri və inkişaf etmiş Avropa ölkələri üçün mülayim mövqe ilə əlaqədar 2023-cü ildə 2,2 faizə, 2024-cü ildə isə 3,4 faizədək artması proqnozlaşdırılır. 2023-cü il üzrə Kosovo üçün müsbət dəyişiklik istisna olmaqla, Bankın fevral proqnozu olduğu kimi qalmışdır.
Azərbaycanda
Azərbaycan son iki ildə post-COVID dövründə güclü bərpa prosesi və yüksək karbohidrogen gəlirləri hesabına ciddi iqtisadi inkişafa nail olmuşdur. 2022-ci ildə qeyri-neft və qaz sektorunda 9 faiz olmaqla, istehsal həcmi 4,6 faiz artmışdır.
İqtisadiyyat iri həcmdə xarici valyutanın daxil olması, habelə yüksək neft və qaz qiymətlərinin ixrac gəlirlərini artırmasının müsbət təsirlərini görmüşdür. Həmçinin, əksəriyyəti Azərbaycan əsilli olmaqla, əsasən Rusiya Federasiyası vətəndaşları tərəfindən həyata keçirilən pul köçürmələri 6 dəfə artmışdır.
2023-cü ilin birinci rübündə neft-qaz sektorunda hasilat 4 faizədək azalmaqla iqtisadi artım 0,4 faizə qədər geriləyib. İnflyasiya tədricən normallaşsa da, 13,8 faiz səviyyəsində yüksək göstərici qeydə alınmaqdadır.
Ölkənin mərkəzi bankı tərəfindən sərt monetar siyasətin həyata keçirilməsi, eləcə də iqtisadiyyatın artım sürətinin zəifləməsi ilə əlaqədar inflyasiyanın mülayimləşəcəyi gözlənilir. AYİB Azərbaycanda artımın 2023-cü ildə orta səviyyədə 2,5 faiz, 2024-cü ildə isə 2,7 faiz olacağını proqnozlaşdırır.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 23 saat sonra
-
- 18 d. əvvəl
- 19 d. əvvəl
-
31 d. əvvəl
Dollarla 8% gəlir: Unibank-ın yeni istiqrazlarının detalları açıqlandı
-
40 d. əvvəl
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək
-
58 d. əvvəl
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
-
1 saat əvvəl
Dərman idxalında 5 milyon dollarlıq azalma - 214 milyon dollara düşüb
-
1 saat əvvəl
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
Ən çox oxunanlar
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
Rəsmi məzənnələr açıqlandı
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
İlk 5 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,6% artaraq 1,5 milyard dolları təşkil edib
Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır
14 bəndlik ABŞ-İran sülh planı açıqlandı
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı
FED faiz qərarını açıqladı






















