Özbəkistanda 160 milyard dollarlıq hədəf
Özbəkistanın rəhbəri yaxın illərdə ölkənin ümumi daxili məhsulunu iki dəfə artırmaq vəzifəsini qoyÖzbəkistan prezidenti Şavkat Mirziyoyev bazar ertəsi bəyan edib ki, yaxın illərdə ölkədə ümumi daxili məhsulu (ÜDM) 160 milyard dollara çatdırılması lazımdır.
"Biz mümkün olan hər şeyi etməliyik ki, ÜDM-imizi indiki 80 milyard dollardan yaxın illərdə 160 milyard dollara çatdıraq. Bu o deməkdir ki, adambaşına düşən ÜDM 4000 dollara yüksələcək", - o deyib.
Marja-nın məlumatına görə, Özbəkistanın prezidenti qeyd edib ki, ölkə rəhbərliyi bundan sonra da özəl sektoru, vergi inzibatçılığının sadələşdirilməsi və dövlətin iqtisadiyyatda iştirakını azaltmaq səylərini dəstəkləyəcək. O xatırladıb ki, referendum nəticəsində yenilənmiş ölkə konstitusiyasında dövlətin sosial öhdəlikləri üç dəfə artırılıb.
"Bu rəqəmi tələffüz etmək asandır, lakin onu praktikada tətbiq etmək çox iş tələb edir", - Mirziyoyev bildirib.
O, hökumətə avqustun 1-dək dövlətin üzərinə götürdüyü hər bir yeni öhdəlik üçün proqram hazırlayıb parlamentə təqdim etməyi tapşırıb.
Aprelin 30-da Özbəkistanda prezidentlik müddətinin 5 ildən 7 ilə uzadılmasını nəzərdə tutan, həmçinin Mirziyoyevə ardıcıl iki müddətdən sonra bu vəzifəyə yenidən seçilməyə imkan verən konstitusiyanın yeni redaksiyasına dair ümumxalq səsverməsi keçirilib.Referendumda seçicilərin ümumi sayının 84,54 faizi və ya 16,6 milyondan çox insan iştirak edib. Onların 90,21%-i, yəni 15 milyondan çoxu konstitusiyanın yeni variantının lehinə səs verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 d. əvvəl
-
- 26 d. əvvəl
- 33 d. əvvəl
- 38 d. əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
20 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
AZAL Bakıdan Dubaya uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir










.jpg)






