
50 ölkədən 193 milyon dolları ixrac sifarişi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul ayı üçün sayı təqdim olunub.
İcmalın bu sayında göstərilir ki, 2017-ci ilin 6 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 738 milyon ABŞ dolları olub və ixrac əməliyyatlarında 1157 subyekt iştirak edib. 2016-cı ilin ilk 6 ayına nisbətən 2017-ci ilin müvafiq dövründə qeyri-neft sektoru üzrə ixrac 27 faiz artıb.
2017-ci ilin 6 ayı ərzində Rusiyaya 274 milyon ABŞ dolları, Türkiyəyə 144 milyon ABŞ dolları, Gürcüstana 68 milyon ABŞ dolları, İsveçrəyə 67 milyon ABŞ dolları və Türkmənistana 33 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2017-ci ilin iyun ayında isə qeyri-neft sektoru üzrə 421 subyekt tərəfindən 181 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib.
İyun ayı üzrə ixrac olunan əsas mallar pomidor, qızıl, albalı, kartof, şəkər və s.-dir. 2017-ci il üzrə 6 aylıq məlumatların təhlilindən aydın olub ki, qeyri-neft sektoru üzrə ixracda ilk yeri tomat (pomidor) (121 milyon ABŞ dolları), ikinci yeri qızıl (50,9 milyon ABŞ dolları), üçüncü yeri isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (48,4 milyon ABŞ dolları) tutur.
“Azexport.az” portalının qeyri-neft sektoru üzrə ixraca töhfə verməsinə gəlincə isə “İxrac İcmalı”nda qeyd edilir ki, 2017-ci ilin 6 ayı ərzində Azexport.az portalına dünyanın 50 ölkəsindən 192.7 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Azexport.az portalına iyun ayında daxil olan ixrac sifarişlərinin dəyəri may ayı ilə müqayisədə 3.2 dəfə çox olub. Belə ki, Azexport.az portalına 2017-ci ilin yanvar ayında 48, , fevralda 6.5, martda 27, apreldə 29.9, mayda 19, iyunda isə 62.3 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. Ümumilikdə götürdükdə 2017-ci ilin 6 ayı ərzində Azexport.az portalına ən çox sifariş Rusiya Federasiyasından daxil olub. Portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (19%), Ukrayna (9%), Türkiyə (7%), Səudiyyə Ərəbistanı (6%) və ABŞ-ın (5%) adı var.
2017-ci ilin iyun ayında ilk dəfə portala İsveç, Maldiv adaları, Kolimbiya, Əfqanıstan, Seneqal kimi ölkələrdən də sifarişlər daxil olub. İyun ayında Azərbaycanın qida məhsulları ilə əsas maraqlanan ölkələrdən biri isə Qətər olub. Bu ölkənin qida məhsulları idxal edən 6 şirkətinə müvafiq məlumatlar təqdim edilib.
İyun ayında sifariş edilən məhsullar üzrə rəqəmləri təhlil etdikdə aydın olur ki, mahlıca, pambıq yağına, pomidora, şəraba, nar şirəsinə, albalı şirəsinə, badımcana, biyan kökünə, fındıq ləpəsinə, almaya, yerkökünə, pambıq toxumuna, tibbi tənzifə, qənnadı məhsullarına sifarişlər üstünlük təşkil edir. Bu məhsullar içərisində mahlıca, pomidora, yerkökünə, badımcana, fındıq ləpəsinə, almaya daxil olan sifarişlərin dəyəri milyon ABŞ dollarından çox olmuşdur. Kənd təsərrüfatı mallarına (mahlıca, pomidora, yerkökünə, badımcana, fındıq ləpəsinə, almaya, yerkökünə) əsas sifarişlər Rusiya Federasiyasından daxil olub.
Onu da qeyd edək ki, iyun ayındakı ixrac sifarişçilərin yarıdan çoxu birbaşa Azexport.az portalı vasitəsiylə reallaşıb. Bu isə bir daha Azexport.az portalının getdikcə dünya miqyasında daha çox tanındığının göstəricisidir.
Həmçinin “İxrac İcmalı”nın bu sayında “Bir pəncərə” İxraca Dəstək Mərkəzində sertifikatların verilməsi proseduru barədə də ətraflı məlumat əksini tapıb.
“İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir. “İxrac İcmalı”ı ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür.
http://www.iqtisadiislahat.org/store//media/documents/ixrac_icmali/iyul/ExportReview_2017-4.pdf
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 3 gün sonra
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 3 gün sonra
-
5 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Xsolla” şirkətinin prezidenti ilə görüşüb
-
5 saat əvvəl
Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı
- 5 saat əvvəl
-
5 saat əvvəl
“SOCAR Trading” vasitəsilə ABŞ-yə LNG ticarəti nəzərdən keçirilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar
- 5 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı


“Azərsun Holdinq” “YAŞAT” Fondunun layihəsinə dəstək verib

Azərbaycanda daha çox ət, süd, yumurta və yağlar bahalaşıb

Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olundu

Tramp Avropa İttifaqını Hindistan və Çinə qarşı 100%-lik rüsumlar tətbiq etməyə çağırıb

Maliyyə savadlılığı hər yaşda önəmlidir – Bank of Baku-dan təlim

"Muzdlu işçilərin sayı az olduqca, vergilərin, sosial sığortanın yığılmasında problemlərimiz olacaq"
