Avro dollar qarşısında bahalaşır
Avrozonada və ABŞ iqtisadiyyatında işsizliklə bağlı məlumatların dərc edilməsi ərəfəsində avro dollar qarşısında bahalaşıb.Avro bölgəsi üzrə bir sıra statistikaların açıqlanmasından əvvəl çərşənbə günü səhər saatlarında avro dollar qarşısında bahalaşır.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 9.17-ə olan məlumata görə, avronun dollara nisbətdə məzənnəsi son bağlanış səviyyəsi olan 1,0999 dollardan 1,1026 dollara yüksəlib. Dolların yen qarşısında məzənnəsi 136,53 yendən 136,02 yenaya qədər azalıb. Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyutalarından ibarət səbət nisbətdə məzənnə) 0,23% azalaraq 101,72 bənd təşkil edib.
Avrostat-ın avro zonasında işsizliklə bağlı statistikasının dərci gözlənilir. Analitiklər hesab edirlər ki, bu rəqəm martd fevral ayı səviyyəsində 6,6% səviyyəsində qalıb.
Çərşənbə günü ABŞ iqtisadiyyatının vəziyyətini göstərən bir sıra məlumatlar da açıqlanacaq. Belə ki, proqnozlara görə, ABŞ-ın özəl şirkətlərindəki iş yerlərinin sayı, Automatic Data Processing (ADP) analitik şirkətinin məlumatına görə, martda 145 min artdıqdan sonra apreldə 148 min artıb. Analitiklərin fikrincə, xidmət sektorunda işgüzar aktivlik indeksi martda 51,2%-dən 51,8%-ə yüksəlib.
Bundan əlavə, Bakı vaxtı ilə saat 22.00-da ABŞ Federal Ehtiyat Sisteminin (FED) iclasının nəticələri açıqlanacaq. CME Group tərəfindən sorğuda iştirak edənlərin təxminən 89%-i tənzimləyicinin uçot dərəcəsini 0,25 faiz bəndi artacağını gözləyir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 1 saat sonra
-
-
50 d. əvvəl
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir
-
56 d. əvvəl
FAB boya ixrac xəritəsini genişləndirir: növbəti hədəf- Şimali Afrika və Yaxşı Şərq bazarı
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
15 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
15 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Avrozonada 2023-cü ildən bəri ilk dəfə faiz artırılıb
Ən çox oxunanlar
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub























