Meta-nın xalis mənfəəti 24 faiz azalıb
2023-cü ilin birinci rübündə Facebook və İnstagram sosial şəbəkələrinin sahibi olan ABŞ-ın Meta şirkətinin xalis mənfəəti illik müqayisədə 24% azalaraq 5 milyard 709 milyon dollar olub.
Marja xəbər verir ki, Şirkətin gəlirləri 2022-ci ilin birinci rübü ilə müqayisədə 3% artaraq 28 milyard 645 milyon dollara təşkil edib. Analitiklər 27 milyard 610 milyard dollar gəlir gözləyirdilər.
Şirkətin ilk rübdə reklamdan əldə etdiyi gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 4,1% artaraq 28 milyard 101 milyon dollar təşkil edib.
2023-cü ilin mart ayında gündəlik aktiv istifadəçilərin sayı illik müqayisədə 5% artaraq 3,02 milyard nəfərə çatıb.
Mart ayında şirkət üçmərhələli ixtisar elan edib. Bununla bağlı ümumi xərclərin azalacağı gözlənilir.
Meta ikinci rübdə gəlirinin 29,5-32 milyard dollar arasında olacağını proqnozlaşdırır.
Meta səhmləri əsas ticarətin bağlanmasından sonra 11,4% bahalaşıb.
Facebook şirkəti keçən il Meta-ya rebrendinq edilib. Onun yaradıcısı Mark Zukerberqdir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 5 d. əvvəl
-
- 19 d. əvvəl
- 22 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti
























