"Benzinin qalxması qiymətlərə heç bir formada təsir edə bilməz"
Azərbaycanda Aİ-92 markalı benzinin qiymətinin artması kənd təsərrüfatı məhsullarının öz qiymətinin qalxmasına səbəb olmayacaq.
Bu fikirləri Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov AzTv telekanalının efirində bildirib.
Onun sözlərinə görə, kənd təsərrüfatı texnikası dizel yanacağı ilə işləyir: "Aİ-92 markalı benzin kənd təsərrüfatı məhsullarının istehsalında iştirak etmir. Buna görə də, qeyd edilən markalı benzinin qiymətinin qalxması kənd təsərrüfatı mallarının istehsalına və qiymətlərinə heç bir formada təsir edə bilməz".
Tarif şurasının katibinin sözlərinə əsasən, dəyişiklik, həmçinin, sərnişin və yükdaşıma nəqliyyat vasitələrinə də təsir etməyəcək: “İctimai nəqliyyat vasitələri sırasında, yəni avtobuslarda, həmçinin dəniz nəqliyyat vasitələri ilə sərnişin və yük daşıma üsullarında üstünlük təşkil edən yanacaq növü dizeldir, bəziləri isə maye qazdan istifadə edir. Bu halı Aİ-92 benzini əvəzinə reaktiv yanacaqdan istifadə edən hava nəqliyyat vasitələrinə də şamil etmək olar. Göründüyü kimi, yük və sərnişin daşıma vasitələrinin əsas yanacaq növləri dizel, aviabenzin, sıxılmış və maye qaz olduğundan, benzinin qiymətinin qalxması onlara təsir etməyəcək”.
İ. Məcidovun sözlərinə görə, dəyişiklik fərdi taksi xidmətlərinin qiymətlərində dəyişikliyə səbəb ola bilər, lakin yenə də, artım çox cuzi olacaq: “Taksi xidmətində çalışan sürücülərin çoxusu dizel yanacağından istifadə edir. Lakin hətta onlar Aİ-92 markalı benzindən istifadə etsələr də belə, hər 100 km yola 10 litr benzin sərf edirdilərsəç xərcləri hər km üçün 0.02 manatş 10 km yol üçün isə 0.2 manat miqdarında artır. Bu sahə üzrə rəqabətlik yetərincə yüksək səviyyədədir, odur ki, hansısa şirkət əsassız şəkildə qiymət qaldırdığı halda klient bazasını itirəcək. 2013-cü ildə dizel yanacağının qiyməti qalxdıqda bir çox taksi xidmətləri qiymətləri qaldırdı, lakin bir müddət keçdikdən sonra yüksək rəqabətlilik üzündən yenidən aşağı salmaq məcburiyyətində oldular. Nəticə etibarı ilə, hal-hazırda ölkədə taksi xidmətlərinin qiyməti 2013-cü ildən aşağıdır”.
İyulun 14-ü Azərbaycan Tarif (qiymət) şurasının qərarı ilə Aİ-92 markalı benzinin pərakəndə qiyməti 0.20 manat məbləğində qaldırılıb. Şuranın qərarına əsasən, 15 iyul tarixindən Aİ-92 markalı benzinin qiyməti 0.90 manat təşkil edir.
Tarif şurasında bildirildiyi kimi, bu addım Azərbaycanda istehsal edilən motor yanacağının Avropa səviyyəsinə çatdırılması, ekoloji vəziyyətin stabilləşdirilməsi və əhalinin artan ehtiyaclarının təminatı məqsədi ilə atılıb.
© Trend
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
-
59 d. əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
1 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
11 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir

























