"Daha çox bankın iflas edəcəyi ehtimalı var"
Warren Buffett, bank böhranı ilə bağlı verdiyi açıqlamada, bank iflaslarının bitmədiyini, lakin əmanətçilərin vəsaitlərinin təhlükədə olmadığını və panikaya düşməmələri lazım olmadığını bildirib.Warren Buffett bildirib ki, daha çox ABŞ bankı müflis ola bilər, lakin əmanətçilər vəsaitlərini itirməyəcəklər.
Marja xəbər verir ki, milyarder iş adamı, "Berkshire Hathaway Inc"ın baş direktoru Warren Buffett CNBC-yə verdiyi müsahibəsində "Bank iflasları bitməyib" deyib. Buffet vurğulayıb ki, bank rəhbərlərinin axmaq qərarları panikaya ehtiyac olmayan bir vəziyyətdə bütün ABŞ vətəndaşları arasında çaxnaşma yaratmamalıdır.
Buffet, gələn il heç bir əmanətçinin pul itirməyəcəyinə mərc etməyə hazır olduğunu söyləyib. Lakin milyarder investor xəbərdarlıq edib ki, problemli bank səhmləri dəyərli investisiya deyil və hökumət əmanətçiləri qorumaq üçün tədbirlər görsə belə, səhmdarların xilas olmaları ehtimalı azdır.
"Onlar səhmdarları xilas etməyəcəklər", - Buffett "First Republic Bank" da daxil olmaqla problemli bank səhmlərinin böyük gəlirli investisiya olub-olmadığı barədə suala cavabında bildirib.
Buffett əlavə edib ki, Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) banklardan topladığı üzvlük haqları hesabına maliyyələşir. Bank iflas edərkən federal hökumət pul itirmir, kompensasiyalar FDIC tərəfindən ödənilir.
"İctimaiyyətdə belə bir təəssürat yaranıb ki, FDIC ABŞ hökumətidir. Lakin FDIC-in xərcləri, o cümlədən işçilərinin xərcləri və digər hər şey banklar tərəfindən ödənilir. Beləliklə, banklar hökuməti bir qəpik də xərcə salmırlar", - Baffet deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 14 d. əvvəl
-
- 29 d. əvvəl
- 37 d. əvvəl
- 42 d. əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
20 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
AZAL Bakıdan Dubaya uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir













.jpg)





