Cənubi Koreyanın antiinhisar orqanı Google-u 32 milyon dollar cərimələyib
Amerika korporasiyası qərardan şikayət etmək niyyətindədirKoreya Ədalətli Ticarət Komissiyası (KFTC - The Korea Fair Trade Commission) mobil oyun bazarında haqsız rəqabətə görə Google-u 42,1 milyard von (31,9 milyon dollar) cərimələyib.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı Yonhap xəbər agentliyi məlumat yayıb.
2016-cı ilin iyun ayından 2018-ci ilin aprel ayına qədər Google rəqibi Cənubi Koreyanın One Store tətbiq mağazasını sıxışdırmaq üçün Google Play proqramlar mağazasında eksklüziv oyunların buraxılması müqabilində naşirləri oyundaxili reklamla təmin edib.
Nəticədə iki il ərzində Cənubi Koreyanın tətbiq mağazaları arasında Google-un payı 80-85%-dən 90-95%-ə yüksəlib, One Store-un payı isə 15-20%-dən 5-10%-ə qədər azalıb.
Amerika şirkətinin nümayəndəsi qərardan apellyasiya şikayəti veriləcəyini açıqlayıb: "Google developer uğuruna böyük sərmayə qoyur və biz KFTC-nin nəticələri ilə razılaşmırıq"
2021-ci ildə Cənubi Koreyanın antiinhisar tənzimləyicisi ABŞ-ın texnoloji korporasiyasını Android əməliyyat sisteminin dəyişdirilmiş versiyalarının bloklanmasına görə 150 milyon dollardan çox cərimələyib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 13 d. əvvəl
-
- 27 d. əvvəl
- 30 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti






















