Bu gün qlobal bazarlar üçün mühüm məlumatlar açıqlanacaq - GÜNƏ BAXIŞ
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) inflyasiya ilə mübarizədə atdığı “şahin” addımlarının təsirləri gec də olsa, Amerika iqtisadiyyatında hiss edilməyə başlanıb. Beləki, bu həftə açıqlanan məlumatlar əmək bazarında yavaşlama əlamətlərini ortaya qoydu.
Ölkədə 2021-ci ilin may ayından bəri ilk dəfə 10 milyondan aşağı düşən JOLTS Vakant İşyerlərinin Sayı məlumatından sonra ADP Özəl Sektorda Yeni Yaranan İşyerlərinin sayı da çərşənbə günü proqnozları qarşılamadı.
Dünən isə ABŞ-da İşsizlik Müavinatı Üçün Müraciətlərin sayı aprelin 1-də bitən həftədə 228 minə qədər azalsa da, ehtimalların üzərində açıqlandı.
Bu gün isə ABŞ-da açıqlanacaq “NFP” və əmək haqları göstəricilərinin iqtisadiyyatın gedişatı ilə bağlı mənzərəni daha da aydınlaşdıracağı gözlənilir.
FED rəsmilərinin açıqlamalarına gəldikdə isə, St.Luis FED-in sədri Ceyms Bullard bildirib ki, əmək bazarı güclü qaldığı müddətcə FED inflyasiyanın aşağı düşməsi üçün faiz dərəcələrini artırmağa davam etməlidir.
Bullard, bankın qarşısında çox uzun bir yol olduğunu, inflyasiyanın gələcəkdə qalıcı ola biləcəyini və onun yenidən 2% hədəfinə endirilməsinin çətin olacağını və bu səbəbdən faiz dərəcələrinin bu səviyyələrdə qalması lazım olduğunu bildirib. Bullard vurğulayıb ki, ABŞ iqtisadiyyatı üçün ən ciddi risklərdən biri mövcud inflyasiya səviyyəsinin qalıcılığı və bu səviyyələrdə sabitləşməsidir.
Digər tərəfdən, “JPMorgan Chase”-in baş icraçı direktoru (CEO) Ceymi Dimon CNN-ə verdiyi müsahibədə bank böhranının ABŞ-da resessiya ehtimalını artırdığı barədə xəbərdarlıq edib.
Qeyd edək ki, bu gün ABŞ-da birjalar Pasxa bazarından əvvəl cümə gününə təsadüf edən Müqəddəs Cümə günü ilə əlaqədar bağlı olacaq.
Qlobal iqtisadiyyatlarda artan narahatlıqlar fonunda qızıl “güvənli liman” missiyasını davam etdirir. Təhlillərə əsasən hazırda 2007$-dan təklif edilən qiymətli metalın bir unsiya üzrə dəyəri 2016$ səviyyəsinin üzərinə yüksəlsə, artım tendensiyasının 2032$-a və 2052$-a kimi davam edəcəyi ehtimal edilir.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
1 saat əvvəl
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
-
1 saat əvvəl
Rusiya, İran və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb
-
1 saat əvvəl
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
-
1 saat əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
“MOJO AZ BOKT" bazara daxil olmaqdan imtina edib
Azərbaycana turist axını 5 faizdən çox artıb
Ən çox oxunanlar
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
SOCAR və Samsung E&A anlaşdı
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır





















