"2001 müraciət üzrə 5 milyon manatdan artıq vəsait qaytarılıb" - VİDEO
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilib.
Fərmanın icrası ilə bağlı İnternet Vergi İdarəsində müvafiq portal hazırlanıb (https://new.e-taxes.gov.az/eportal/az/login/) və 2022-ci ilin noyabr ayından istifadəyə verilib. Bugünə qədər vergi orqanlarına vətəndaşlar tərəfindən 6005 müraciət daxil olub, 2001 müraciət üzrə ümumilikdə 5 milyon manatdan artıq vəsait qaytarılıb.
Müraciətlərin araşdırılması zamanı ƏDV-nin geri qaytarılması üçün çətinlik yaradan bir sıra məsələlər də aşkar edilib. Belə ki, 940 müraciət üzrə bank rekvizitləri səhv göstərildiyindən vəsaitlərin köçürülməsi mümkün olmayıb. Məlumatların dəqiqləşdirilməsi və yenidən müraciət edilməsi vaxt aldığından, belə hallar müraciətlərin icra müddətinin uzadılmasına səbəb olur. Bu səbəbdən, müraciət etməzdən əvvəl vətəndaşlara onlara xidmət göstərən banklarla məlumatların dəqiqləşdirilməsi, eyni zamanda fiziki şəxs olan istehlakçılar tərəfindən alınmış yaşayış və qeyri-yaşayış sahələri üzrə nağdsız qaydada ödənişlər edilərkən Hökumət Ödəniş Portalının “Kommunal” ödənişlər bölməsinin “Yaşayış və qeyri-yaşayış sahələrinin alışı üzrə ödənişlər” altbölməsindən edilməsi tövsiyə olunur. Çünki bu yolla edilmiş müraciətlərin yoxlanılması və vəsaitlərin qaytarılmasına daha az vaxt sərf edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 17 d. əvvəl
- 25 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"






















