Rubl reanimasiyada: Neftin bahalaşması ona nə üçün kömək etmir?
Bəzi OPEC+ ölkələrinin neft hasilatını əlavə azaltmaları barədə sürpriz qərarlardan sonra, son günlər neft qymətlərinin yüksəlməsi Rusiya rublunu dəstəkləməyib. Dolların qiyməti 79 rublu, avronun qiyməti 87 rublu keçib.
Marja-nın məlumatına görə, bu onunla izah olunur ki, hazırda rublun məzənnəsi neft qiymətlərindən daha çox uzunmüddətli fundamental faktorlara (bazarının vəziyyətinə təsir edən əsas iqtisadi və siyasi faktorlara) reaksiya verir. Uzünmüddətli fundamental faktorlar ilə bağlı proqnozlar bədbindir.
Rublun ucuzlaşmasının ikinci səbəbi Rusiyanın ixrac gəlirlərinin azalması ilə əlaqədar olaraq böyük dövlət büdcəsi kəsiridir.
Eyni zamanda, Rusiyanın idxalı iki-üç il əvvəlki səviyyələrə qayıdır, bu da dollar və avroya tələbin artmasına səbəb olur.
Bütün bunlar daxili bazarda xarici valyutaya tələblə onun təklifi arasında disbalansın artmasına gətirib çıxarır.
Neftin qiymətinin artması Rusiyanın valyutası üçün müsbət amildir, çünki bu, ixrac gəlirlərini və büdcəyə vergi daxilolmalarını artıracaq. Digər tərəfdən, büdcə kəsirinin qısa müddətdə azalacağı gözlənilmir. Neft qiymətlərinin artması Rubl üzərindəki təzyiqlərə azaldıcı təsir edir, amma vəziyyəti tam tərsinə (rublun bahalaşmasına) çevirə bilmir.
Son günlər qiymət artımına baxmayaraq, ümumilikdə, bu il neft və qaz gəlirlərinin azalması rublun möhkəmlənməsinə imkan vermir. Aprel ayında Dolların 80 rubl səviyyəsinə yüksələcəyi gözlənilir.
OPEC+ üzvlərinin neft hasilatını gözlənilməz azaltmaları, qiymətləri ixracatçılar üçün məqbul səviyyədə saxlamağa kömək etməlidir. Ancaq görünür, bu, rubla kömək etməyəcək - Rusiyanın milli valyutasının məzənnəsinin neft kotirovkaları ilə əlaqələndirilməsi keçmişdə qalır.
Ən böyük neft hasil edən ölkələr may ayından 2023-cü ilin sonuna qədər mövcud kvotadan artıq gündəlik hasilatı azaltmaq qərarına gəliblər. Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 500 min barel, BƏƏ 144 min barel, Küveyt 128 min barel, Qazaxıstan 78 min barel, Əlcəzair 48 min barel, Oman 40 min barel azaldacaq. Azalma gündəlik 1,1 milyon bareldən çox olacaq. Rusiya da hasilatın könüllü olaraq azaldılmasını gündəlik 500 min barel olmaqla ilin sonuna qədər uzadıb. Ümumilikdə, 2023-cü ilin sonuna qədər bazar gündə 1,66 milyon barel neftdən məhrum olacaq.
Xəbər əsl sürpriz oldu - çoxları gözləyirdi ki, ixracatçı ölkələr belə qəti addım atmağa cəsarət etməyəcəklər. Bazar dərhal reaksiya verdi. Qərarın açıqlanmasından sonra Brent və WTI markalı neftin may fyuçerslərinin qiymətləri yeddi faizdən çox artdı. Brent kotirovkaları martın əvvəlindəki səviyyəyə qayıtdı - barel üçün 86 dollar. Sonra qiymətlər bir qədər düşüb və hazırda Brent neftinin qiyməti 84 dolar səviyyələrindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
1 saat əvvəl
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
-
1 saat əvvəl
Rusiya, İran və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb
-
1 saat əvvəl
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
-
1 saat əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
“MOJO AZ BOKT" bazara daxil olmaqdan imtina edib
Azərbaycana turist axını 5 faizdən çox artıb
Ən çox oxunanlar
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
SOCAR və Samsung E&A anlaşdı
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır























