Tacikistan-Azərbaycan İnvestisiya Forumu keçirilib
Düşənbədə keçirilən Tacikistan-Azərbaycan İnvestisiya Forumunda hər iki ölkədən enerji, kənd təsərrüfatı, qida sənayesi, İKT, maliyyə, turizm və əczaçılıq sahələrini təmsil edən 170-dən çox şirkət iştirak edib. Forumda iki ölkənin müvafiq qurumları arasında anlaşma memorandumları imzalanıb.
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Tacikistanın İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən İnvestisiya Forumunda çıxış edən Dövlət Komitəsinin sədri Sadyi Kodirzod iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığı barədə məlumat verib, biznes strukturlarının iştirakı ilə keçirilən işgüzar tədbirlərin Azərbaycan və Tacikistan sahibkarları arasında daha sıx əlaqələrin qurulması, əməkdaşlığın səmərəliliyinin artırılması üçün önəmini vurğulayıb.
Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan və Tacikistan arasında münasibətlərin dərin tarixi və mədəni köklərə malik olduğunu, dövlət başçılarının müxtəlif formatlarda keçirdikləri görüşlərin, xalqlarımız arasındakı dostluq münasibətlərinin birgə əməkdaşlığımızın əsasını təşkil etdiyini vurğulayıb. Azərbaycanın Tacikistanla ikitərəfli iqtisadi əlaqələrin inkişafına önəm verdiyini qeyd edən Sahib Məmmədov: “İki ölkə arasında sənaye, ticarət, kənd təsərrüfatı və digər sektorlarda əməkdaşlığın genişləndirilməsi əsas istiqamətlərdəndir. Azərbaycanın əlverişli biznes və investisiya mühiti bu potensialın reallaşdırılması üçün yeni imkanlar və geniş üfüqlər açır. Birgə təşəbbüslərin həyata keçirilməsində özəl sektorun fəallığı və işgüzar dialoqun genişləndirilməsi xüsusilə əhəmiyyətlidir”.
Forumda AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Tacikistanın Ticarət və Sənaye Palatasının sədri Cumaxonzod Camşed, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Tacikistanın sənaye və yeni texnologiyalar nazirinin müavini Aziz Nazar, İqtisadi Zonanın İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədrinin müavini Fuad Məhərrəmov, Tacikistanın energetika və su ehtiyatları nazirinin müavini Manuçehra Safarzoda, Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədrinin müavini İsmayıl Manafov, Tacikistanın Turizm Komitəsinin sədri Kamoliddinzod Bahoddur və Azərbaycanın Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə iqtisadiyyatın müvafiq sahələrində əlaqələrin genişləndirilməsi, hər iki ölkənin investisiya potensialı, biznes və investisiya mühiti barədə məlumat veriblər. Forumda, həmçinin, Azərbaycan və Tacikistanın investisiya potensialı, icra olunan layihələr haqqında təqdimatlar nümayiş olunub.
Tədbir çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası və Tacikistanın Ticarət ve Sənaye Palatası arasında, "Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası" İctimai Birliyi və "Tacikistan İş Qadınlarının Milli Assosiasiyası" arasında, Azərbaycan Beynəlxalq Mədən Şirkəti və Tacikistanın Talco Management şirkəti arasında, eləcə də "AzərTürk Bank" və "Аmonatbonk" arasında anlaşma memorandumları imzalanıb. Forum B2B görüşlərlə davam edib.
Səfər çərçivəsində iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Tacikistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Ahliddin Nuriddinzoda ilə görüşüb.
Görüşdə ölkələrimizin ikitərəfli iqtisadi əlaqələrinə birbaşa təsir göstərən trendlər müzakirə olunub, bu müstəvidə mövcud resurslardan və imkanlardan səmərəli istifadə edilməsinin vacibliyi vurğulanıb.
Tərəflər iqtisadi-ticarət əlaqələrinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
3 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
6 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI




















