Azərbaycan ildə 4 milyon xarici turist qəbul etməyi hədəfləyir
Dövlət Turizm Agentliyi 2026-cı ilə qədər ölkəyə gələn xarici turistlərin illik sayını 4 milyona çatdırmağı hədəfləyir.
Bnu Agentliyin sədri Fuad Nağıyev Bakı Ekspo Mərkəzində keçirilən 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin ("AITF 2023") açılış mərasimində bildirib.
Bundan başqa, onun sözlərinə görə, yaxın 3 ildə yerli turistlərin illik sayının isə 6 milyona çatdırılması nəzərdə tutulur.
"Azərbaycanda turizmin inkişafı üçün böyük potensial var və bu məsələ bizim üçün prioritetdir. Hazırda əsas məqsədimiz koronavirus (COVID-19) pandemiyasından əvvəlki rəqəmi bərpa etmək, daha böyük inkişafa nail olmaqdır. Ötən il Azərbaycana 1,6 milyon turist səfər edib. Bu da 2019-cu ilin göstəricisinin 50 %-i deməkdir”, - deyə F.Nağıyev qeyd edib.
Sədr həmçinin deyib ki, 2026-cı ildə turizm və ictimai iaşə sektorunda ümumi daxili məhsul (ÜDM) istehsalının 2019-cu illə müqayisədə 1,5 dəfə artacağı, bu sahədə ildə 20 % artım olacağı gözlənilir.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























