“Neftin indiki qiyməti ilə belə Azərbaycanın dövlət büdcəsi profisitlə çıxacaq” - “Qazprombank”
2023-cü ildə Azərbaycanın maliyyə siyasəti pandemiyanın pik dövründə, iqtisadiyyatı bərpa etmək üçün kütləvi fiskal stimulun tələb olunduğu dövrdə olduğundan daha mühafizəkar olacaq.
Bu, Rusiyanın "Qazprombank"ının analitik qrupunun gözləntiləridir.
“Qazprombank”ın elmi işlər üzrə rəis müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina hesab edir ki, 2023-cü ildə Maliyyə Nazirliyi büdcə kəsirini azaltmağı planlaşdırır, reallıqda isə büdcəni profisitlə icra etmək olar.
“Bu il kəsirin 2022 və 2021-ci illər üçün nəzərdə tutulan 3,6 və 4,1 faizdən ÜDM-in 2,4 faizinə endirilməsi planlaşdırılır. Qeyd etmək yerinə düşər ki, 2023-cü ilin büdcəsi neftin qiymətinin mühafizəkar proqnozuna əsaslanır. ABŞ bank sistemində risklərin artması fonunda “Brent” markalı neftin qiyməti bir barel üçün 78 dollara endikdən sonra belə onun kotirovkaları Azərbaycan büdcəsində müəyyən edilmiş səviyyədən 1,6 dəfə yüksək olaraq qalır”, - G. Xaydarşina bildirib.
“Qazprombank” hesab edir ki, neftin qiyməti bu səviyyədə qalsa belə, ilin sonuna kimi Azərbaycan büdcəsində ÜDM-in təxminən 1 %-i həcmində profisit yarana bilər.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 18 d. əvvəl
- 26 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"





















