“AzərEnerji”: Çaylarda və Xəzərdə su səviyyəsinin düşməsi enerji istehsalına təsir edir - VİDEO
Son illərdə su anbarlarında, çaylarda, o cümlədən Xəzər dənizində su səviyyəsinin düşməsi “AzərEnerji” ASC-nin balansında olan su elektrik stansiyalarında enerji istehsalının azalmasına və sudan soyutma məqsədi ilə istifadə edilən istilik elektrik stansiyalarının fəaliyyətinə ciddi təsir edir.
“AzərEnerji”dən verilən məlumata görə, bu səbəbdən də su ehtiyatlarından səmərəli və planlı istifadə edilməsi, ölkə Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın fəaliyyəti çərçivəsində koordinasiya olunur.
Eyni zamanda su qıtlığına görə fəaliyyətini dayandırmaq təhlükəsilə üzləşən ölkənin ən böyük elektrik stansiyalarında qabaqlayıcı tədbirlər görülərək kompleks işlər həyata keçirilir.
Qeyd edilib ki, Xəzər dənizində su səviyyəsinin kəskin düşməsinə görə ölkənin ikinci böyük elektrik stansiyası olan 800 meqavatlıq “Şimal” Elektrik Stansiyasında dənizin içərisinə doğru soyuq suyu 8 metr dərinlikdən götürülməsinə imkan verən 540 metr uzunluqda estakadanın və 2 yerdə su nasos stansiyalarının tikintisi aparılır.
"Qeyd edək ki, buna qədər “AzərEnerji” tərəfindən “Sumqayıt” Elektrik Stansiyasında 750 metr uzunluğunda estakada və su nasos stansiyası tikilərək istismara verilib. Kür çayında su səviyyəsinin enməsinə görə ölkənin üçüncü böyük elektrk stansiyası olan “Cənub” Elektrik Stansiyasını soyutma suyu ilə təmin etmək üçün su aşıran qurğu tikilib və Şəmkir su anbarında su itkisinə səbəb olmaqla yanaşı real təhlükə mənbəyinə çevrilən 160 metr uzunluğunda 3 tuneldən ibarət su tullayıcı qurğu tamamailə yenidən qurulub".
Bildirilib ki ölkədə elektrik enerjisinə tələbatın pik dövrləri yay və qış fəsillərinə təsadüf edir. Ona görə də sudan energetika məqsədləri üçün istifadənin suvarma və kommunal məqsədlər üçün istifadəyə uyğunlaşdırılması həm məhdud su ehtiyatlarına qeyri-suvarma dövründə qənaət etməyə, həm də su elektrik stansiyalarında istehsalın suvarma dövründə artırmağa imkan verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
14 d. əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
37 d. əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
- 47 d. əvvəl
-
1 saat əvvəl
Kapital Bankın 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
-
1 saat əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Regional” BOKT-un 1 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
Ən çox oxunanlar
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
BakıKart artıq ABB mobile-da!
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı

























