Ziraat Bankası 300 milyon dollar vəsait cəlb edib
Türkiyənin Ziraat Bankası beynəlxalq banklardan 3 il müddətinə 300 milyon ABŞ dolları məbləğində xarici valyutada maliyyə vəsaiti cəlb edib.
Marja xəbər verir ki, vəsait uzunmüddətli borclanma imkanlarının artırılması, xarici maliyyələşdirmənin davamlılığı və resurs strukturunun şaxələndirilməsi strategiyaları çərçivəsində cəlb edilib.
Müqavilədən sonra əldə edilən maliyyələşdirmə ilə bank xarici valyutada likvidlik təklifi ilə borclanma müddətinin uzadılmasını təmin edəcək.
Bildirilib ki, Ziraat Bankasının əldə etdiyi vəsait, bankın maliyyə vasitəçiliyi funksiyalarını yerinə yetirməklə yanaşı, ölkənin davamlı iqtisadi inkişafına dəstək vermək, çətin maliyyələşmə şəraitində bazarlara rahatlıq vermək məqsədi daşıyır.
Qlobal bazarlarda sərtləşən bazar şəraitinə baxmayaraq, əməliyyat bankın etibarlılığının, güclü müxbir bank şəbəkəsinin və beynəlxalq maliyyə sisteminə inteqrasiyanın təsdiqi kimi şərh edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
7 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 10 saat əvvəl
-
10 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"




















