Qeyri-neft məhsulları valyuta gətirməyə başlayıb - 22 % ARTIM
2017-ci ilin yanvar-may aylarında Azərbaycanda 556,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2016-cı ilin yanvar-may aylarına nisbətən faktiki qiymətlərlə 22,1 faiz, real ifadədə isə 19,8 faiz çoxdur.Bu barədə “Marja”ya Dövlət Statistika Komitəsindən bildirilib.
2017-ci ilin yanvar-may aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 68,6 faiz, təzə meyvə – 67,5 faiz, kartof – 25,9 faiz, tütün – 48,6 faiz, bitki yağları – 21,1 faiz, çay – 52,2 faiz, meyvə və tərəvəz şirələri – 90,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 15,2 faiz, meyvə və tərəvəz konservləri – 5,7 faiz, pambıq lifi – 6,2 dəfə, bentonit gili – 3,8 dəfə artmış, şəkər ixracı isə 7,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 25,6 faiz, polietilen – 0,6 faiz, emal olunmamış alüminium – 31,2 faiz, qara metallardan borular – 14,9 faiz, qara metallardan yarımfabrikatlar – 64,5 faiz, pambıq ipliyi – 30,1 faiz azalmışdır.
2016-cı ilin yanvar-may ayları ilə müqayisədə 2017-ci ilin yanvar-may aylarında xam şəkər və şəkər idxalı 1,6 faiz, təzə meyvə – 14,1 faiz, çay – 5,1 faiz, quş əti və onun əlavə məhsulları – 2,4 dəfə, mal əti – 2,6 dəfə, minik avtomobilləri – 15,5 faiz, polad prokatı – 5,6 faiz, hesablama maşınları, blok və qurğuları – 2,1 dəfə, mebel – 17,3 faiz, qara metallardan çubuqlar – 28,4 faiz, rezin şinlər –61,2 faiz, mineral gübrələr – 5,4 dəfə, qara metallardan künclüklər – 35,1 faiz, məişət kondisionerləri – 49,2 faiz, paltaryuyan maşınlar – 2,2 dəfə, yük avtomobilləri – 70,1 faiz, avtobuslar – 9,4 faiz artmış, buğda idxalı isə 38,4 faiz, bitki yağları – 26,7 faiz, kərə yağı, digər süd yağları və pastaları – 5,7 faiz, kartof – 6,4 faiz, təzə tərəvəz – 43,3 faiz, qara metallardan borular – 67,5 faiz, polietilen – 31,1 faiz, sement və sement klinkerləri – 91,5 faiz, məişət soyuducuları – 44,5 faiz azalmışdır.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 8882,1 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 6065,2 milyon dollar, idxalın dəyəri 2816,9 milyon dollar təşkil etmiş, nəticədə 3248,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2016-cı ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,5 faiz artmış, real ifadədə isə 15,8 faiz, o cümlədən ixrac 7,9 faiz, idxal 27,6 faiz azalmışdır.
Ticarət dövriyyəsinin 38,9 faizi Avropa İttifaqı ölkələri, 13,0 faizi MDB üzvü dövlətləri, 48,1 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür.
İxracın dəyərinin 21,2 faizi İtaliyaya, 13,3 faizi Türkiyəyə, 4,7 faizi Portuqaliyaya, hər biri 4,6 faiz olmaqla Gürcüstan və Kanadaya, 4,5 faizi Rusiyaya, 4,4 faizi Almaniyaya, 4,2 faizi Çinə, 4,0 faizi İsrailə, 3,9 faizi Hindistana, hər biri 3,8 faiz olmaqla Tayvan (Çinin əyaləti) və Çexiyaya, qalan 23,0 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşmışdır.
İdxal olunmuş məhsulların dəyərinin 19,3 faizi Rusiyanın, 16,8 faizi Türkiyənin, 9,7 faizi Çinin, 5,1 faizi Almaniyanın, 4,8 faizi Ukraynanın, 4,2 faizi ABŞ-ın, 4,0 faizi İtaliyanın, 3,4 faizi Birləşmiş Krallığın, 3,1 faizi İranın, 2,1 faizi Qazaxıstanın, 2,0 faizi Fransanın, 25,5 faizi isə digər ölkələrin payına düşmüşdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
44 d. əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 52 d. əvvəl
-
1 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
3 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI






















