Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bakı və regionlarda yeni elektronika mağazaları açılacaq - YENİ ŞİRKƏT

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı və regionlarda yeni elektronika mağazaları açılacaq - YENİ ŞİRKƏT
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"ELİT. EO" MMC şirkəti Bakı və regionlarda (Şəki, İsmayıllı, İmişli, Cəlilabad, Masallı) yeni elektronika mağazaları açacaq.

Marja.az xəbər verir ki, mağazalar "Elit Optimal" adı altında istifadəyə veriləcəkdir. 

Reklam_3_11

Əvvəllər "Optimal" adı ilə fəaliyyət göstərmiş mağazalar da yenilənir. Fəaliyyətini dayandırmış "Optimal" mağazaları "Elit Optimal" adı ilə fəaliyyətini davam etdirəcəklər. 

"Mağazalarımız hal-hazırda yenilənir. Qısa zamanda yenidən fəaliyyətə başlayacaq",- Şirkətdən bildirilib.

Qeyd edək ki, "ELİT. EO" MMC 05.01.2023-cü il tarixində dövlət qeydiyyatına alınıb. 1000 manat nizamnamə kapitalı olan şirkətin ditektoru Lado Jobava-dır.  "ELİT. EO" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev, ev 4/189-dur.

Qeyd edək ki, əvvəllər "Optimal" mağazalar şəbəkəsinə "Optimal Elektronika" şirkəti nəzarət edirdi. Bildirilirdi ki, “Optimal Elektronika” MMC şirkəti 1997-ci ildə yaranmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Toshiba, Simfer, Carrier, Singer, Eksen, Aldora (mebel), Konfor (mebel) brendlərinin rəsmi distribyutorudur. 

Yeni istifadəyə verilmiş elitoptimal.az saytında mağazaların sahibinin "ELİT. EO" MMC ("Elit Optimal Elektronika") olduğu qeyd edilib.

elitoptimal ELİT. EO Elit Optimal elektronika mağazalar Lado Jobava
15.03.2023 10:16

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18