Səhmdarları bank rəhbərliyini məhkəməyə verdilər
ABŞ-da Silikon Vadisi Bankının (Silicon Valley Bank - SVB) səhmdarları banka və onun rəhbərliyinə qarşı toplu halda iddia qaldırıblar.
Marja xəbər verir ki, bunu məhkəmə sənədləri göstərir.
SVB-nin İdarə Heyətinin sədri Greg Becker və baş maliyyə direktoru Daniel Beck-ə qarşı iddia Kaliforniya ştatının San Xose federal məhkəməsinə verilib.
İddiaçılar maliyyə təşkilatının rəhbərlərini (menecerlərini) müştərilərin əmanətləri üzrə səhv addımlar atmaqda və mümkün risklər barədə investorları kifayət qədər məlumatlandırmamaqda ittiham edirlər.
Martın 10-da Kaliforniya ştatının tənzimləyiciləri ABŞ-ın iyirmi ən böyük kommersiya bankından biri olan Silikon Vadisi Bankını bağlayıblar. Bu, 2008-ci il maliyyə böhranından sonra ABŞ-da ən böyük bank iflasıdır. SVB-nin müflisləşməsi ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artması ilə əlaqələndirilir və bu, bir çox maliyyə institutlarının balansındakı aktivlərin dəyərdən düşməsinə (pisləşməsinə) səbəb olub. Bundan əlavə, hakimiyyət sistemli risklərə görə böyük "New York Signature Bank"ı bağlayıb.
Bazar ertəsi səhər SVB ətrafında yaranmış vəziyyətlə əlaqədar ABŞ prezidenti Co Bayden televiziya ilə çıxış edərək, amerikalı vergi ödəyicilərinin və əmanətçilərin itkilərə məruz qalmayacağına əminliyini ifadə edib.
Bayden, investorların deyil, adi əmanətçilərin bütün vəsaitlərini alacaqlarına söz verib. Bununla yanaşı, ABŞ Prezidenti bu bankların rəhbərliyinin də işdən çıxarılacağını vurğulayıb.
"Bu banklarda əmanətləri olan bütün müştərilər sakit ola bilərlər: onlar qorunacaqlar. Və bu gündən etibarən pullarına çıxış əldə edəcəklər. Vergi ödəyicilərinin heç bir itkisi olmayacaq”, - deyə prezident bildirib.
"İkincisi, bu bankların rəhbərliyi işdən çıxarılacaq. Əgər bank Federal Əmanətlərin Sığortalanması Korporasiyasının nəzarətinə keçərsə, o zaman onu idarə edən şəxslər daha orada işləməməlidir. Üçüncüsü, bu bankların investorları müdafiə olunmayacaq. Onlar bunu dərk edərək risk ediblər. Risk baş verəndə investorlar pullarını itirirlər. Kapitalizm belə işləyir”, - Bayden bildirib.
“Bu bankların ilk növbədə indiki vəziyyətə necə düşməsi ilə bağlı mühüm suallar var. Biz nə baş verdiyi və niyə baş verdiyi barədə tam məlumat almalıyıq. Günahkarlar cavab verməlidir", - prezident deyib.
ABŞ administrasiyası Silicon Valley Bank (SVB) və Signature Bank-ın iflası fonunda ABŞ bank sistemi üçün daha sərt tənzimləmələr tətbiq etmək niyyətindədir. Bunu bazar ertəsi prezident Co Bayden bəyan edib.
"Mən Konqresdən və bank tənzimləyicilərindən banklarla bağlı qaydaları sərtləşdirməyi və bu cür bank uğursuzluğunun təkrarlanma riskini azaltmağı xahiş edəcəyəm. Həm də Amerika iş yerlərini və kiçik bizneslərini qorumaq üçün" , -o, Ağ Evdə çıxış edərkən deyib.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 17 d. əvvəl
-
- 30 d. əvvəl
- 32 d. əvvəl
-
1 saat əvvəl
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
-
15 saat əvvəl
17% gəlir təklif edən istiqrazlaırın yerləşdirilməsi üzrə hərrac tarixi açıqlandı
-
15 saat əvvəl
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
-
16 saat əvvəl
Avropa Komissiyası SOCAR-ın İtaliya şirkətinin səhmlərini almasını təsdiqləyib
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Ən çox oxunanlar
Bank kuryer xidməti üzrə tenderi elan edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
“Yelo Bank”a 2 yeni icraçı direktor təyin edilib
Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq




















