Dünya bazarında qızılın qiyməti kəskin artdı
Bazar ertəsi günortadan sonra qızılın qiyməti fevralın 3-dən bəri ilk dəfə bir troy unsiyası üçün 1900 dolları keçib.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 19.50-yə olan məlumata görə, Nyu-Yorkun Comex birjasında qızılın aprel fyuçerslərinin qiyməti 39,75 dollar və ya 2,13% artaraq 1 troya unsiyası üçün 1906,95 dollar təşkil edib. Gümüşün may fyuçersləri 5,87% artaraq bir unsiya üçün 21,703 dollar olub.
Qızıl ənənəvi olaraq digər bazarlarda mənfi əhval-ruhiyyə dövründə təhlükəsiz "sığınacaq" kimi çıxış edir. Dünyada investorlar, ABŞ bank sektorunda baş verən hadisələrdən sonra səhm və dollar almaqdan imtina edir, qızıla üstünlük verirlər.
Bundan əlavə, daha ucuz dollar qiymətli metalın alınmasını daha sərfəli edir. Dollar indeksi 0,51% azalaraq 104,05 bənd təşkil edib.
Martın 10-da ABŞ-da Silikon Vadisi Bankını bağlanıb. Bu, 2008-ci il maliyyə böhranından sonra ABŞ-da ən böyük bank iflasıdır. Daha sonra Nyu-Yorkda yerləşən "Signature Bank"ın bağlanıb. Bankların müflisləşmələrinin ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artması ilə əlaqəli olduğu bildirilir. Yüksək faizlər bir çox maliyyə institutlarının balansındakı aktivlərin pisləşməsinə səbəb olub.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 39 d. əvvəl
-
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
2 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
3 saat əvvəl
"Əminəm ki, biz, həmçinin Azərbaycana çox məhsullar təqdim edə bilərik"
-
12 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaponya iqtisadiyyatı cüzi artıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub


























