Bankların iflasından sonra neft qiymətləri kəskin düşüb
Bazar ertəsi neft qiymətləri ABŞ-da tənəzzül qorxusu ilə düşür. Brent neftin qiyməti yenidən 80 dollardan aşağı düşüb.Silikon Vadisi Bankının (Silicon Valley Bank - SVB) və Nyu-Yorkda yerləşən "Signature Bank"ın müflis olmaları yeni maliyyə böhranı qorxusuna səbəb olub. Bununla əlaqədar olaraq üçün neft qiymətləri səhmlər ilə birlikdə aşağı düşüb.
Marja xəbər verir ki, Brent fyuçersləri 3,4% ucuzlaşaraq 79,82 dollar/barel olub. WTI markalı neftin fyuçersləri 3,5% ucuzlaşaraq 73,96 dollar olub (Bakı vaxtı ilə saat 09:19-a olan məlumat).
Dünən də neft qiymətləri kəskin düşmüşdü.
Treyderlər hesab edirlər ki, SVB-nin iflas etməsi bazarda daha geniş problemlərə gətirib çıxara bilər. Bu, ABŞ aktivlərinin satışına səbəb olur.
STOXX indeksi cümə günü 3,8% azaldıqdan sonra 5,7% azalıb.
Bazar günü ABŞ səlahiyyətliləri ölkənin bank sisteminə inamı gücləndirəcək bir sıra təcili tədbirlər elan edib.
Kaliforniya tənzimləyiciləri Silikon Vadisi Bankını martın 10-da bağlayıb, bu da 2008-ci il maliyyə böhranından sonra ABŞ-da ən böyük bank iflasıdır. Bundan əlavə, hakimiyyət sistemli risklərə görə böyük "New York Signature Bank"ını da bağlayıb.
"Saxo Bank"ın əmtəə strategiyasının rəhbəri Ole Hansen Bloomberg-ə deyib: "Neft qiymətləri ümumi risk əhval-ruhiyyəsi əsasında dəyişməkdə davam edir". Ekspertin fikrincə, hazırda bank sektorunda baş verən hadisələrlə əlaqədar ABŞ-da tənəzzül riski artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
7 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 9 saat əvvəl
-
10 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"




















