İri banka Marketinq kommunikasiyaları şöbəsinin rəhbəri tələb olunur
İş elanın dərc edən: PAŞA Bank
Vakansiya: Marketinq Kommunikasiyaları Şöbəsinin Rəhbəri
Son tarix: 12 aprel 2023-cü il
İşiniz nədən ibarətdir?
- Çoxfunksiyalı marketing kommunikasiyaları qrupuna rəhbərlik etmək; komandanın fəaliyyətinə nəzarət etmək, hədəf və məqsədlərini təyin etmək, iş prosesini, iş yükünü və bölgüsünü tənzimləmək;
- Şöbənin brendin idarəedilməsi, rəqəmsal marketing və marketing araşdırmaları sahələri üzrə fəaliyyətlərin əlaqələndirilməsi və koordinasiyası;
- Bankın xarici və daxili müştərilərinə məhsul və xidmətlər haqqındakı məlumatların çatdırılması, müştəri ehtiyaclarının düzgün müəyyən edilməsi və qarşılanması məqsədilə marketing və kommunikasiya
strategiyaların işlənib hazırlanması və həyata keçirilməsi;
- Kampaniyaların səmərəliliyinin artırılması məqsədilə datanın təhlili;
- Maksimal nəticə və investisiya effektivliyinin əldə edilməsi məqsədilə ənənəvi, rəqəmsal və analitik vasitələrinin istifadəsi barədə qərarların alınması;
- Bankın brend metrikalarının yaxşılaşdırma strategiyaların hazırlanmasına və icrasına dəstək olması.
Sizdən nə tələb olunur?
- Təhsil: Marketinq, Iqtisadiyyat, Menecment və yaxud yaxın sahə üzrə ali təhsil
- Təcrübə: Bank və ya maliyyə sektorunun marketinq, reklam və ya kommunikasiya sahəsində ən az 3 il rəhbər və ya liderlik təcrübəsi olmaqla 6 ildən çox təcrübə
- Bazar bilikləri: Bank və maliyyə məhsulları və xidmətləri, o cümlədən tənzimləmə və komplayns tələbləri haqqında güclü anlayış
- Profesyonal biliklər:
- Sosial media, e-mail marketinqi və SEO/SEM daxil olmaqla rəqəmsal marketinq sahəsində təcrübə;
- Məlumatların təhlili, müştəri seqmentasiyası və hədəfləmə sahəsində təcrübə ilə yanaşı güclü analitik bacarıqlar;
- Daxili və xarici maraqlı tərəflərlə effektiv kommunikasiya qurma bacarığıı;
- Brend təlimatlarının hazırlanması və tətbiqi üzrə təcrübə;
- Birdən çox layihə və prioritetləri eyni vaxtda idarə etmək bacarığı ilə layihələrin idarəedilməsi sahəsində güclü bacarıqlar;
- Kreativ və stratejik düşünmə qabiliyyəti, biznesin inkişafı və müştəri cəlbini təmin etmək üçün gərəkli olan effektiv marketinq kampaniyalarının və təşəbbüslərinin inkişaf etdirmə və həyata keçirmə bacarığı;
- Rəqəmsal marketinq və analitik alətlərdən (Adobe, Google, Dataroid, Adjust və s.) aktiv istifadə təcrübəsi.
- Xarici dil: Ingilis, Azərbaycan, Rus
- Kompüter bilikləri: MS Office
Vakansiya üçün buradan müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 4 saat sonra
- 1 saat sonra
- 21 d. əvvəl
-
-
52 d. əvvəl
Gənclərin xarici ölkələrdə təhsil almalarına ayrılan vəsait artırılır
-
1 saat əvvəl
İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Daha bir böyük məbləğli büdcə təsdiq edildi -13 MİLYARD 32 MİLYON MANAT
- 13 saat əvvəl
-
16 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
16 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Monteneqro Azərbaycanla vizasız rejimi ləğv edir
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Ən çox oxunanlar
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
Şuşa Bank və Sığorta Binası tikilib
Ötən ay təyin edilən icra başçısı işdən çıxarıldı
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək



















