Ali Məhkəmə işə qəbul üzrə müsabiqə elan edir
Azərbaycan Respublikası Ali Məhkəməsi kadr ehtiyatının yaradılması məqsədilə Azərbaycan Respublikası vətəndaşları üçün müsabiqə elan edir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
Ali Məhkəmənin Aparatında dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, məhkəmə sistemində qulluğa yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaf üsullarla müsabiqə keçirilir.
Müsabiqədə iştiraka hüquqşünaslıq ixtisası üzrə ali təhsilə (hüquqşünaslıq ixtisası üzrə ən azı 5 il iş stajı və ya məhkəmə sistemində staj arzuolunandır) malik Azərbaycan Respublikasının vətəndaşları buraxılırlar.
Müsabiqəyə sənədlər cari ilin aprel ayının 7-dək qəbul edilir. Ərizələrin qəbulu müddəti başa çatdıqdan sonra təqdim olunan sənədlər qəbul edilmir.
Namizədlər bu müddət ərzində aşağıdakı sənədləri (surətləri müəyyən edilmiş qaydada təsdiq olunmaqla) Ali Məhkəmənin elektron poçt ünvanına ([email protected]) təqdim etməlidirlər:
1. Şəxsiyyəti təsdiq edən sənədin surəti;
2. Kadrların uçotunun şəxsi vərəqəsi;
3. Tərcümeyi-hal;
4. Ali təhsil haqqında diplomun (xaricdə təhsil almış namizədlər üçün təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) ilə bağlı müvafiq sənədin) surəti;
5. Əmək kitabçasının surəti (olduğu halda);
6. Xasiyyətnamə və ya özünü xarakterizə edən başqa sənədlər;
7. Məhkumluq barədə arayış;
8. Sağlamlıq haqqında tibbi arayış;
9. Narkoloji dispanserdə qeydiyyatda olmaması barədə arayış.
Namizədlər, olduğu halda, xarici dil səviyyəsini təsdiq edən müvafiq sənəd barədə məlumatları (sənədin adını, nömrəsini, qısa məzmununu və xarici dil səviyyəsini) ayrıca təqdim etməlidirlər.
Ali Məhkəmənin müvafiq işçi qrupu tərəfindən namizədlərin təqdim etdiyi sənədlər yoxlanılaraq, sənədlərin tamlığı, düzgünlüyü və uyğunluğu müəyyən edildikdən sonra müraciətlər qeydiyyata alınır və bu barədə namizədlərə məlumat veriləcəkdir. Natamam və ya qaydalara uyğun olmayan müraciətlər qəbul edilməyəcək.
Namizədlər müvafiq sənədləri təqdim edə bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda (+99412) 489-0707 (dax: 18900) nömrəli telefonla Ali Məhkəməyə müraciət edə bilərlər.
Müsabiqənin test imtahanı Ali Məhkəmənin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək və bu barədə namizədlərə əlavə məlumat veriləcək.
Müsabiqədə uğur qazanan namizədlər Ali Məhkəmənin kadr ehtiyatına daxil ediləcək və Ali Məhkəmənin Aparatında vakant dövlət qulluğu vəzifələri yarandıqca həmin namizədlərə iş təklif ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)















.jpg)
